Icma.az
close
up
RU
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? TƏHLİL

Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? TƏHLİL

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Texnologiya və innovasiya sahəsində qadınların rolu dünyada sürətlə artır. Bu prosesdən Azərbaycan da kənarda qalmır. WomenInTech platformasının 7 fevral 2026-cı il tarixli yazısında Bakıda fəaliyyət göstərən qadın sahibkarlar və texnologiya liderləri IT sektorunda qadınların artan təsirindən, qarşılaşdıqları stereotiplərdən və bu maneələri necə aşdıqlarından danışırlar.

Məqalədə vurğulanır ki, IT və texnologiya uzun illər kişi dominantlı sahə kimi qəbul edilsə də, Azərbaycanda qadınlar bu stereotipi real nəticələrlə dəyişməyə başlayıblar.

Baku Design Academy-nin qurucusu və direktoru Aysel Gülməmmədova bildirir ki, onun IT sahəsinə gəlişi təhsillə bağlı olub. Təhsil və texnologiyanın gələcək peşələri formalaşdırdığını görən Gülməmmədova akademiyanı beynəlxalq sertifikatlar və qlobal standartlara uyğun proqramlar üzərində qurub. Onun sözlərinə görə, qadın liderlərə qarşı şübhələr mövcud olsa da, “stereotiplərlə mübarizənin ən təsirli yolu nəticə göstərməkdir”.

WomenInTech yazısında qeyd olunur ki, qadınların IT-də qarşılaşdığı əsas çətinliklərdən biri strateji və texniki müzakirələrdə ciddiyə alınmamaqdır. Aysel Gülməmmədova bu maneələri peşəkarlığa investisiya, güclü komandalar qurmaq və ölçülə bilən nəticələr yaratmaqla aşdığını vurğulayır.

Məqalədə yer alan digər müsahib Safavy platformasının həmtəsisçisi və baş direktoru Könül Quliyeva isə IT sahəsinə təhsil və innovasiya layihələri vasitəsilə daxil olduğunu bildirir. Dörd uşaq anası olan Quliyeva qadınların, xüsusilə anaların biznes və texnologiyada uğurlu ola bilməyəcəyi barədə düşüncələrin hələ də mövcud olduğunu deyir. Onun fikrincə, bu yanaşmanın qarşısını almağın yolu davamlı öyrənmək, nəticə göstərmək və uzunmüddətli hədəflərə fokuslanmaqdır.

WomenInTech yazısında xüsusi vurğulanır ki, Azərbaycanda qadınların IT sahəsində qarşılaşdığı əsas problemlərdən biri özünə inamın zəifliyi və mentorluq imkanlarının məhdudluğudur. Quliyeva bu boşluğu doldurmaq üçün qadınlar və gənclər üçün mentorluq və təhsil proqramları yaratdığını qeyd edir.

Hər iki müsahibin ortaq tövsiyəsi isə belədir: titul yox, bacarıq önəmlidir; kiçikdən başlamaqdan qorxmaq lazım deyil; inkişaf komfort zonasından kənarda baş verir.

WomenInTech platformasının bu yazısı göstərir ki, Azərbaycanda qadınlar təkcə IT sektoruna daxil olmur, eyni zamanda bu sahənin gələcəyini formalaşdıran əsas aktorlardan birinə çevrilirlər.

Elbəyi Həsənli. Sürix 

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Fevral 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see359

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see323

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see295

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see291

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see276

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see273

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see273

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see264

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see254

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see248

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see245

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see245

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see238

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see234

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see224

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see222

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see218

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see210

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri