Icma.az
close
up
RU
“Women in Tech“: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır?

“Women in Tech“: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Texnologiya və innovasiya sahəsində qadınların rolu dünyada sürətlə artır. Bu prosesdən Azərbaycan da kənarda qalmır.
Musavat.com xəbər verir ki, "WomenInTech" platformasının 7 fevral 2026-cı il tarixli yazısında Bakıda fəaliyyət göstərən qadın sahibkarlar və texnologiya liderləri IT sektorunda qadınların artan təsirindən, qarşılaşdıqları stereotiplərdən və bu maneələri necə aşdıqlarından danışırlar.
Məqalədə vurğulanır ki, IT və texnologiya uzun illər kişi dominantlı sahə kimi qəbul edilsə də, Azərbaycanda qadınlar bu stereotipi real nəticələrlə dəyişməyə başlayıblar.
"Baku Design Academy"nin qurucusu və direktoru Aysel Gülməmmədova bildirir ki, onun IT sahəsinə gəlişi təhsillə bağlı olub. Təhsil və texnologiyanın gələcək peşələri formalaşdırdığını görən Gülməmmədova akademiyanı beynəlxalq sertifikatlar və qlobal standartlara uyğun proqramlar üzərində qurub. Onun sözlərinə görə, qadın liderlərə qarşı şübhələr mövcud olsa da, “stereotiplərlə mübarizənin ən təsirli yolu nəticə göstərməkdir”.
"WomenInTech" yazısında qeyd olunur ki, qadınların IT-də qarşılaşdığı əsas çətinliklərdən biri strateji və texniki müzakirələrdə ciddiyə alınmamaqdır. Aysel Gülməmmədova bu maneələri peşəkarlığa investisiya, güclü komandalar qurmaq və ölçülə bilən nəticələr yaratmaqla aşdığını vurğulayır.
Məqalədə yer alan digər müsahib Safavy platformasının həmtəsisçisi və baş direktoru Könül Quliyeva isə IT sahəsinə təhsil və innovasiya layihələri vasitəsilə daxil olduğunu bildirir. Dörd uşaq anası olan Quliyeva qadınların, xüsusilə anaların biznes və texnologiyada uğurlu ola bilməyəcəyi barədə düşüncələrin hələ də mövcud olduğunu deyir.
Onun fikrincə, bu yanaşmanın qarşısını almağın yolu davamlı öyrənmək, nəticə göstərmək və uzunmüddətli hədəflərə fokuslanmaqdır.
"WomenInTech" yazısında xüsusi vurğulanır ki, Azərbaycanda qadınların IT sahəsində qarşılaşdığı əsas problemlərdən biri özünə inamın zəifliyi və mentorluq imkanlarının məhdudluğudur. Quliyeva bu boşluğu doldurmaq üçün qadınlar və gənclər üçün mentorluq və təhsil proqramları yaratdığını qeyd edir.
Hər iki müsahibin ortaq tövsiyəsi isə belədir: titul yox, bacarıq önəmlidir; kiçikdən başlamaqdan qorxmaq lazım deyil; inkişaf komfort zonasından kənarda baş verir.
"WomenInTech" platformasının bu yazısı göstərir ki, Azərbaycanda qadınlar təkcə IT sektoruna daxil olmur, eyni zamanda bu sahənin gələcəyini formalaşdıran əsas aktorlardan birinə çevrilirlər.
Elbəyi Həsənli,Sürix
//the-tech.kz/womenintech-how-women-from-azerbaijan-are-breaking-stereotypes-and-transforming-the-it-industry/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri