WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Konqoda müşahidə olunan ebola epidemiyası tarixdə ən böyük epidemiya ola bilər.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Mayın 15-dən etibarən 5,6 min nəfər virusa yoluxub, onlardan 2,7 min nəfəri ölüb.
Nəşr qeyd edib ki, hazırkı alovlanma 2,2 min nəfərin öldüyü 2018–2022-ci illər epidemiyasını artıq geridə qoyub. Bundan əlavə, xəstəlik artıq 2014-cü ildə Qərbi Afrikadakından daha sürətlə yayılır - o zaman epidemiya 11 mindən çox insanın həyatına son qoymuşdu.
Epidemiya mərkəzləri olan İturi və Şimali Kivu əyalətlərində işləyən həkimlərin sözlərinə görə, virus çox sürətlə yayıldığı üçün rəsmi məlumatlar epidemiyanın real miqyasının yalnız bir hissəsini əks etdirir.
Qəzet vurğulayıb ki, bir çox insan eboladan şübhələndikdə həkimlərə müraciət etməməyə üstünlük verir. Bu səbəbdən qurbanların real sayı rəsmi statistikadan çox ola bilər.
Hakimiyyət rəsmi olaraq epidemiyanı may ayında elan edib. Alovlanmaya "Bundibugyo" virusu səbəb olub ki, ona qarşı peyvənd və ya təsdiqlənmiş müalicə yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, xəstəliyin yayılması hələ fevral ayında başlamış ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Avqust 2026 03:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















