WSJ: ABŞ İraqa nağd dollar göndərişlərini dondurur
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 aprel, AZƏRTAC
ABŞ İraq hakimiyyətinə İranyönlü silahlı qruplara qarşı tədbirləri gücləndirmək üçün təzyiq məqsədilə ölkəyə nağd dollar göndərişlərini dayandırıb və təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraqın neft gəlirlərinə aid təxminən 500 milyon dolların köçürülməsini bloklayıb.
Bundan əlavə, İraq ordusu və antiterror bölmələri üçün bəzi təlim proqramlarının maliyyələşdirilməsi də dayandırılıb. Vaşinqtonun bu addımları Bağdada təzyiqi artırmaq və İranla əlaqələri zəiflətmək cəhdi kimi qiymətləndirilir.
Qeyd edək ki, 2003-cü ildən sonra İraqın neft gəlirləri Nyu-York Federal Ehtiyat Bankında saxlanılır. ABŞ daha əvvəl də vəsaitlərin terror qruplarına keçməsi riskinə görə nağd köçürmələri müvəqqəti dayandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 22 Aprel 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















