Icma.az
close
up
RU
WSJ: Netflix Warner Bros. u almaq üçün nağd pul ödəyəcək

WSJ: Netflix Warner Bros. u almaq üçün nağd pul ödəyəcək

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin "Netflix" yayım xidməti "Paramount Skydance" (PS) tərəfindən artan təzyiq fonunda film və televiziya studiyaları, eləcə də HBO və "HBO Max" yayım platformaları da daxil olmaqla "Warner Bros. Discovery" (WBD) media qrupunu nağd şəkildə almağa hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

"Netflix" əvvəllər WBD-yə təxminən 83 milyard dollar dəyərində, qismən nağd və qismən səhm şəklində sövdələşmə təklif etmişdi. Mənbələrə görə, təklif strukturundakı dəyişiklik bəzi səhmdarlara təsir göstərə bilər. Onlar hər iki təklifi qiymətləndirməyə davam edirlər.

Ötən həftə "Warner Bros."un direktorlar şurası təxminən 83 milyard dollar dəyərində bir sövdələşmə elan edib. "Discovery" "Paramount"un son 108 milyard dollarlıq satınalma təklifini rədd edib. Buna cavab olaraq, "Paramount Skydance" şirkəti WBD-yə qarşı iddia qaldıraraq şirkətin "Netflix"in təklifinin nə üçün üstün tutulması barədə daha çox məlumat tələb edib. Bundan əlavə, PS "Warner Bros. Discovery" şirkətinin direktorlar şurasına namizədlər irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Satış media biznesində əhəmiyyətli dəyişikliklər fonunda baş verir. Kabel televiziyasına baxış azalır. "Warner Bros."un gəliri 2025-ci ilin üçüncü rübündə 23% azalıb. Müştərilər abunəlikləri ləğv edir, alternativ əyləncə mənbələri tapırlar. Danışıqlar uğurlu olarsa, "Netflix" tərəfindən idarə olunan yayım xidmətlərinə abunəçilərin ümumi sayı 450 milyona çatacaq ki, bu da antiinhisar orqanlarının diqqətini cəlb edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri