WUF13 də Bakının memarlıq tarixi təqdim olunub FOTO
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
WUF13-də Bakının memarlıq tarixi və neft bumu dövründə formalaşan şəhər kimliyi təqdim olunub.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı tədbirdə tədqiqatçı Fuad Axundov təqdim edib.
Fuad Axundov çıxışında Bakının memarlıq inkişafı, yaşayış mədəniyyəti və şəhər kimliyinin formalaşması barədə məlumat verib.
Onun sözlərinə görə, təxminən 2 min illik tarixə malik Bakı XIX əsrin sonlarında neft bumu nəticəsində kiçik qala şəhərindən Cənubi Qafqazın ən böyük sənaye və mədəni mərkəzlərindən birinə çevrilib.
Tədqiqatçı qeyd edib ki, 1901-ci ildə Bakı dünya üzrə xam neft hasilatının təxminən yarısını təmin edib və bu iqtisadi yüksəliş şəhərin memarlıq simasını əsaslı şəkildə dəyişib.
Təqdimatda yerli neft milyonçularının tikdirdiyi tarixi binalar və onların Bakının müasir şəhər görünüşünün formalaşmasındakı rolu nümayiş etdirilib.
Fuad Axundov vurğulayıb ki, Bakı Şərq və Qərb memarlıq ənənələrinin harmonik şəkildə birləşdiyi nadir şəhərlərdən biridir və bu xüsusiyyət onun unikal mədəni kimliyini formalaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















