Icma.az
close
up
RU
WUF13: Bakının geosiyasi güc mesajı

WUF13: Bakının geosiyasi güc mesajı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası (WUF13) təkcə urbanistika və şəhərsalma tədbiri deyil, həm də Azərbaycanın son illərdə yaratdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbulunun növbəti göstəricisi kimi qiymətləndirilə bilər. Dünyanın onlarla ölkəsindən dövlət nümayəndələrinin, hökumət rəhbərlərinin, beynəlxalq təşkilat təmsilçilərinin, investorların və ekspertlərin Bakıya toplaşması Azərbaycanın artıq regional deyil, qlobal miqyasda etibarlı siyasi, diplomatik və iqtisadi platformaya çevrildiyini göstərir”.

Bunu Ölkə.az-a açıqlamasında  Mili Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, dünyanın müxtəlif ölkələrindən prezidentlərin, baş nazirlərin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin və investor nümayəndələrinin Bakıya gəlməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və yeni regional güc mərkəzi kimi qəbul edildiyini bir daha təsdiqlədi: “Ona görə də Forumun Bakıda keçirilməsi təsadüfi seçim deyil. Son illər ərzində Azərbaycan xüsusilə postmünaqişə dövründə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi düzən, həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq proqramları, “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları ilə beynəlxalq diqqətin mərkəzinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri artıq bir çox beynəlxalq platformalarda müasir urbanizmin nümunəsi kimi təqdim olunur. Bu baxımdan WUF13 Azərbaycanın postmüharibə inkişaf modelinin beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm siyasi-diplomatik imkan yaratdı.

Forumun yüksək səviyyədə təşkili ayrıca diqqət çəkən mühüm məqamlardandır. Minlərlə iştirakçının qatıldığı tədbirin təşkilati baxımdan peşəkar şəkildə idarə olunması Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirləri keçirmək imkanlarını bir daha nümayiş etdirdi. Bakı artıq beynəlxalq sammitlər, COP toplantıları, humanitar forumlar və qlobal dialoq platformaları üçün etibarlı mərkəz kimi formalaşır. Bu isə ölkənin “yumşaq güc” siyasətinin mühüm komponentlərindən biridir”.

 O əlavə edib ki, WUF13 proqramının diqqətçəkən cəhətlərindən biri onun praktik və həll yönümlü xarakter daşımasıdır: “Forum yalnız nəzəri müzakirələrlə məhdudlaşmır, əksinə, qlobal problemlərin konkret həll mexanizmlərinin müzakirə edildiyi platforma funksiyasını yerinə yetirir. İqlim dəyişiklikləri, mənzil böhranı, qeyri-rəsmi yaşayış məntəqələri, şəhərlərin dayanıqlı inkişafı, rəqəmsallaşma və urbanistik idarəetmə kimi məsələlərin Bakıda müzakirəyə çıxarılması göstərir ki, Azərbaycan artıq qlobal problemlərin həllində iştirak edən məsul aktor kimi qəbul edilir.

Forum çərçivəsində keçirilən yüksək səviyyəli dialoqlar xüsusi geosiyasi məna daşıyır. “Qlobal mənzil böhranı”, “İqlim və mənzil siyasəti”, “Böhran sonrası şəhərlərin bərpası” kimi mövzular əslində müasir beynəlxalq münasibətlər sisteminin əsas çağırışlarını özündə birləşdirir. Xüsusilə müharibədən sonrakı şəhər bərpası ilə bağlı müzakirələr Azərbaycanın Qarabağ təcrübəsinin qlobal miqyasda maraq doğurduğunu göstərir. Çünki Azərbaycan faktiki olaraq dağıdılmış ərazilərdə sıfırdan yeni urbanistik model qurur və bu model artıq beynəlxalq ekspert dairələrinin diqqətindədir.

WUF13 çərçivəsində təşkil olunan xüsusi sessiyalar isə Azərbaycanın geoiqtisadi hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır. “Dairəvi iqtisadiyyat”, “əlçatan mənzil təminatı”, “rəqəmsal şəhərlər”, “mədəni irsin qorunması”, “iqlimə davamlı urbanizasiya” kimi mövzular ölkənin gələcək inkişaf strategiyası ilə tam uzlaşır. Azərbaycanın əsas məqsədlərindən biri postneft dövründə innovasiya, logistika, yaşıl iqtisadiyyat və ağıllı şəhər texnologiyalarına əsaslanan yeni iqtisadi model qurmaqdır. Forum bu istiqamətdə beynəlxalq investorlar, maliyyə institutları və texnologiya şirkətləri ilə yeni əməkdaşlıq imkanları yaradır.

Assambleyalar və dəyirmi masa formatları tədbirin inklüziv xarakterini daha da gücləndirir. Yerli hökumətlərdən tutmuş biznes dairələrinə, qadın təşkilatlarından gənclər platformalarına qədər müxtəlif qrupların bir araya gəlməsi göstərir ki, müasir şəhərsalma artıq yalnız dövlət siyasəti deyil, çoxtərəfli idarəetmə modelinə çevrilib. Bu isə Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinə uyğun yanaşmadır. Bakı forum vasitəsilə həm də müxtəlif siyasi və iqtisadi aktorlar arasında dialoq körpüsü rolunu oynayır”.

Deputat qeyd edib ki, Forumun geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri də Azərbaycanın yerləşdiyi strateji coğrafiyadır: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan urbanizasiya, logistika və regional iqtisadi inteqrasiya baxımından yeni mərkəzə çevrilməkdədir. WUF13 bu baxımdan Azərbaycanın tranzit və logistika üstünlüklərinin də beynəlxalq auditoriyaya təqdim olunmasına imkan yaratdı.
Digər mühüm məqam isə Azərbaycanın beynəlxalq imicinin güclənməsidir. Dünyada geosiyasi qarşıdurmaların artdığı, beynəlxalq sistemin parçalandığı bir dövrdə Bakının belə genişmiqyaslı qlobal tədbirə ev sahibliyi etməsi ölkənin sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qəbul olunduğunu nümayiş etdirir. Bu, həm də Azərbaycanın xarici siyasətinin uğurunun göstəricisidir.
Nəticə etibarilə, WUF13 təkcə şəhərsalma forumu deyil, Azərbaycanın yeni geosiyasi statusunun, iqtisadi transformasiya strategiyasının və qlobal diplomatik nüfuzunun nümayiş platformasına çevrildi. Bakı bu forum vasitəsilə dünyaya mesaj verdi ki, Azərbaycan artıq regional prosesləri izləyən deyil, onları formalaşdıran aktorlardan biridir. Qlobal urbanizasiya və dayanıqlı inkişaf gündəliyində Azərbaycanın fəal iştirak etməsi isə ölkənin qarşıdakı dövrdə beynəlxalq münasibətlər sistemində daha böyük rol oynamaq niyyətini açıq şəkildə ortaya qoyur”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri