Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

WUF13 dünya mediasının diqqətində KONKRET

WUF13 dünya mediasının diqqətində KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Mayın 17-də Bakıda işə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, beynəlxalq media qurumlarının Sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.

Pakistanın “The Nation”, “Daily Times”, “The News” nəşrlərində dərc olunan məqalələrdə qardaş ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, Sessiyanın dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirdə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.

Çinin “Sinxua” agentliyi də Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, Çin ekspertlərinin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Rusdilli nəşrlərdə də WUF13-ə barədə silsilə məqalələr dərc olunub. “Moscow-baku.ru”, “Vestnik Kavkaza” və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində Nazirlər Görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və “ağıllı şəhər” modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və “yaşıl enerji zonası” layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.

Fransızdilli “Lagazetteaz.fr” nəşrində isə BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbaxın WUF13 barədə fikirləri əksini tapıb. Məqalədə bu tədbirin şəhərsalma gündəliyi üzrə mühüm beynəlxalq platforma rolunu oynadığı bildirilib. Yazıda, həmçinin Bakının yüksək səviyyədə qəbul etdiyi tədbirin şəhərsalma, dayanıqlı inkişaf və “Hamı üçün mənzil” mövzusu ətrafında dünya miqyasında müzakirələr üçün əsas məkan olduğu vurğulanıb. Eyni zamanda, WUF13 çərçivəsində nazirlər görüşü və digər formatlar vasitəsilə “Yeni Şəhər Gündəliyi” üzrə siyasi konsensusun formalaşdırılması və gələcək onillik üçün prioritetlərin müəyyənləşdirilməsinin hədəfləndiyi diqqətə çatdırılıb.

Misir mətbuatı da WUF13-ə geniş diqqət ayırıb. Bu ölkənin “The Egyptian Gazette”,”Youm7″, “El Balad”, “Vetogate”, “Al Dostor”, “Al-Usbua”, “Al Qarar Al Arabi”, “Business News Egypt”, “Anbaa Alyoum”, “Nile.eg” və digər nəşrlərində yayımlanan materiallarda Azərbaycanın və BMT-Habitat-ın birgə təşkil etdiyi WUF13-ün şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil sahəsində qlobal müzakirələr üçün əsas platforma olduğu vurğulanıb. Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu mühüm tədbirin “Yeni Şəhər Gündəliyi” ətrafında qlobal siyasi və strateji müzakirələr üçün mühüm beynəlxalq dialoq məkanı olduğu qeyd edilib. Xəbərlərdə Misirin sessiyada öz şəhərsalma təcrübəsini, xüsusilə əlçatan mənzil sahəsindəki nailiyyətlərini beynəlxalq auditoriya ilə bölüşdüyü bildirilib.

Özbəkistanın “Kun.uz”, “Podrobno.uz”, “UzDaily”, “UZA”, “Gazeta.uz”, “Zamin.uz” nəşrlərində dərc olunan materiallarda WUF13 qlobal urbanizasiya çağırışları, dayanıqlı inkişaf, sosial həyat və mənzil təminatı üzrə mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma olması əksini tapıb. Eyni zamanda, Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirin BMT çərçivəsində əməkdaşlıq və şəhərsalma həllərinin müzakirəsi üçün mühüm qlobal dialoq platforması olduğu vurğulanıb. Xəbərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya işgüzar səfəri və tədbirdə iştirakı Özbəkistanın beynəlxalq şəhərsalma gündəmində fəal mövqeyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.

Malayziyanın “Bernama” agentliyinin, eləcə də bu ölkənin “The Sun” və “SABA News” nəşrlərinin materiallarında qlobal urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə əsas platforma olan WUF13-ün beynəlxalq şəhərsalma gündəliyinin formalaşmasında mühüm dialoq platforması kimi çıxış etməsinə diqqət çəkilib. Malayziyanın bu sahədə əməkdaşlığın genişləndirilməsinə və sessiyada şəhərsalma sahəsində qlobal təşəbbüslərə dəstək verdiyi vurğulanıb.

Keniyanın “Saccoreview”, “People Daily”, “The-star.co.ke”, “Capitalfm”, “Kenyans.co.ke”, “Kenyafrontline.com”, “Standardmedia.co.ke” media qurumları tərəfindən yayımlanan xəbərlərdə dövlət başçısı Uilyam Rutonun bu ölkənin əlçatan mənzil və davamlı şəhər inkişafı sahəsində uğurlarına görə WUF13-ə dəvət olunduğu bildirilib. Qeyd olunub ki, Prezident Ruto WUF13 zamanı Keniya hökumətinin əlçatan mənzil proqramını təqdim edəcək və şəhərsalma layihələri üçün yeni beynəlxalq tərəfdaşlar və investorlar cəlb etməyə çalışacaq. Xəbərlərdə Keniyanın dövlət başçısının Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib.

WUF13 barədə xəbərlər Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan, Hindistan, İordaniya, İraq , Mozambik və digər ölkələrdə yayımlanan media orqanları tərəfindən də geniş işıqlandırılıb.\\report.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 May 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri