Icma.az
close
up
RU
WUF13: Tarixi ənənələr və müasir inkişafın qovuşduğu platforma

WUF13: Tarixi ənənələr və müasir inkişafın qovuşduğu platforma

Icma.az, Azertag saytına istinadən bildirir.

Musa Qasımlı: Azərbaycanın şəhərsalma təcrübəsi bütün dünya üçün böyük örnəkdir

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Prezident İlham Əliyevin çıxışı tarix və müasirliyin əlaqəsi, gələcəyə baxış baxımından böyük əhəmiyyət daşıyır. Forum ən yüksək səviyyədə təşkil edilib, 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, foruma gələn qonaqların əksəriyyəti Azərbaycana ilk dəfə səfər etdiklərinə görə onlar şəhərsalma mədəniyyətində Azərbaycanın təcrübəsini öz gözləri ilə görəcəklər: “Prezidentin çıxışında Azərbaycan tarixinə böyük məharətlə qısa səyahət edildi. Böyük Azərbaycan şairi Nəsiminin doğulduğu Şamaxıda tikilmiş ən qədim məscidlərdən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin doğulduğu Gəncədə çoxsaylı abidələrin olduğu, Qafqaz Albaniyasının paytaxtı Qəbələ xatırladıldı. Eyni zamanda, Prezident VI əsrə aid olan Qız qalasının olmasını xatırlaması da Azərbaycan xalqının qədim və zəngin şəhərsalma mədəniyyətinin olduğunun dünyaya çatdırılması idi.

Dövlət başçısının çıxışında Azərbaycanın müasir şəhərsalma mədəniyyəti də xatırladıldı. 30 il ərzində işğal altında qalan ərazilərdə işğalçı ölkə Ermənistan daşı daş üstündə qoymayıb. Torpaqları işğaldan azad etdikdən sonra Azərbaycan ən müasir şəhərləri, yaşayış məntəqələrini həmin ərazilərdə salır, “ağıllı şəhərlər” və “ağıllı kəndlər” yaradılır. İnanılmazdır ki, işğaldan azad edildikdən sonra qısa müdddət ərzində Azərbaycan böyük işlər görüb. Bu, yollar, tunellər, yaşayış binaları, məktəblər, səhiyyə ocaqları və digər sosial obyektlərdir”.

Musa Qasımlı qeyd edib ki, Azərbaycanın şəhərsalma təcrübəsi bütün dünya üçün böyük örnəkdir: “Prezidentin nitqində vurğuladığı məsələlərdən biri 1846-cı ildən bəri, yəni dünyada ilk dəfə neft Bakıda hasil edildikdən sonra ətraf mühitin çirklənməsinə diqqətin yönəldilməsidir. O vaxtdan bəri Azərbaycanın təbii sərvəti sovrulub aparılıb, xalqımıza mazut gölməçələri qalıb. Xalq arasında “Qaraşəhər” deyilən bir yer də var idi. Amma bu gün həmin “Qaraşəhər”in yerində “Bakı Ağ Şəhər” salınıb. Ekologiya təmizlənib, yüksək şəhərsalma mədəniyyəti həmin ərazidə nümayiş etidirilir. Bütün bunlar Azərbaycanın böyük təcrübəsidir. Eyni zamanda, Azərbaycanın dünya şəhərsalma mədəniyyətinə böyük töhfəsini göstərir. Prezidentin də dediyi kimi, Azərbaycanın şərq ilə qərb arasında yerləşməsi memarlığın müxtəlif üslublarının ölkəmizdə qovuşmasına imkan yaradıb. Bu forum Azərbaycanın təcrübəsinin dünyada öyənilməsinə kömək edəcək, xalqımızın dünya mədəniyyəti yaradan xalq olduğunu bir daha təsdiq edəcək. Heç şübhəsiz ki, bütün bunlar özbaşına olmur. Onları müəyyənləşdirən, dəqiq planlaşdıran və idarə edən dövlət başçımızın zəkası və liderlik qabiliyyətidir. Buna görə də Ümumdünya Şəhərsalma Forumu təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə dünya şəhərsalma mədəniyyətinin bir hissəsidir, Azərbaycan ona öz töhfəsini verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri