Icma.az
close
up
RU
Xaç kölgəsində siyasi oyunlar

Xaç kölgəsində siyasi oyunlar

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paşinyan hakimiyyəti Eçmiədzini parçalamaq üçün alternativ katolikos planı hazırlayır? 

Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi (EAK) arasında may ayının sonlarından etibarən açıq müstəviyə keçən qarşıdurma davam edir. Qarşıdurmanın kökündə həm siyasi, həm də ideoloji ziddiyyətlər dayanır. Hakimiyyət kilsəni siyasi müxalifətin, xüsusilə revanşist kəsimi təmsil edən Qarabağ klanının təsiri altında, yaxud onlarla əlbir olmaqda və ictimai rəyi yanlış yönləndirməyə çalışmaqda ittiham edir. Kilsə isə hökumətin ənənəvi dəyərləri sarsıtdığını və xalqın mənəvi dayaqlarını zəiflətmək istədiyini bildirir.

Xüsusilə, Azərbaycanla sülh və dövlətlərarası sazişin imzalanması, Zəngəzur dəhlizinin açılması, Türkiyə ilə münasibətlərin normallaşması məsələsində EAK-ın mövqeyi hakimiyyətlə ziddiyyət təşkil edir və bu, gərginliyi daha da artırır. Tərəflərin barışmaz münasibətləri Ermənistanda dərin ictimai parçalanmaya səbəb olub.

Sirr deyil ki, baş nazir Nikol Paşinyan EAK-ın rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin, necə deyərlər, taxtdan salınmasına çalışır. Paşinyan bununla bağlı dəfələrlə açıq çağırışlar edib. Ancaq katolikos onun sözlərini qulaqardına vurur və patriarxlığı boşaltmaq fikrində deyil. Belə olan təqdirdə hakimiyyətin kilsə ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmadığını demək mümkündür. Bu qarşıdurma ilə bağlı “Hraparak” qəzetində dərc olunan məqalə maraq doğurur. Bildirilir ki, Paşinyan kilsəyə, bütün ermənilərin katolikosuna və bəzi yepiskoplara qarşı elan etdiyi “müharibə”də çətin vəziyyətə düşüb və bundan sonra nə edəcəyini bilmir. Qeyd edilir ki, Nikol bu məsələdə geniş ictimai dəstəyin olmadığını başa düşür: “Paşinyan məhdud çevrədə insanları Eçmiədzinin üzərinə aparacağına və katolikosu istefaya məcbur edə biləcəyinə eyham vursa da, bu təklif bəyənilməyib. Onun komandası Paşinyanın təhlükəli niyyətini həyata keçirəcəyinə və ya qarşıdurmadan qaçacağına əmin deyil. Hələlik isə o, psixoloji təzyiq vasitələri ilə öz komandasını katolikosa qarşı təhrik etməklə patriarxlığı II Qaregindən azad etməyə çalışacaq və sair. Bu, onun iyulun 16-da keçirdiyi mətbuat konfransında aydın olub.

Qeyd edək ki, Paşinyan mətbuat konfransında “Ermənistan Respublikasını Serj Sarkisyandan azad etdiklərimi kimi, kilsəni də azad edəcəklərini” bəyan etmişdi. “Hraparak” isə qeyd edir ki, Paşinyan bu sözləri ilə 2018-ci ildə olduğu kimi tərəfdarlarını katolikosluğun üzərinə basqın etməyə aparacağı təəssüratı yaradıb: “Ondan patriarxlığı necə azad edəcəyini soruşduqda “sevgi ilə, dua ilə” cavabını verib. Yəni, sonradan bunun kortəbii hərəkət olduğunu deyərək özünə bəraət qazandırmaq üçün radikal bəyanatlarla ictimaiyyəti hansısa hərəkətə sövq etməyə çalışır. Ancaq son aylar göstərdi ki, hakimiyyətin bu məsələdə nə ölkə daxilində, nə də xaricdə tərəfdarı var”.

Bildirilir ki, din xadimləri də əks-hücuma keçiblər: “Paşinyan hüquq-mühafizə orqanlarına katolikosa qarşı cinayət işləri düzüb-qoşmaq əmrini verdi. Artıq onlarca cinayət işi açılıb, lakin onlar hələ də ictimaiyyətə açıqlanmayıb. Paşinyan dəfələrlə komandasına bildirib ki, bu məsələ payıza qədər həll olunmalıdır”.

Bu istiqamətdə qeyd etmək lazımdır ki, EAK tarix boyu qonşu xalqlara, xüsusilə azərbaycanlılara və türklərə qarşı nifrət ideologiyasının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə I Dünya müharibəsi dövründə və sonrakı illərdə Osmanlı imperiyasında erməniləri qiyama və separatçılığa təşviq edən başlıca ideoloji mərkəzə çevrilmişdi. Kilsənin xisləti XX əsr boyunca dəyişmədi və bu institut əsrin sonlarında Qarabağ məsələsində düşmənçiliyi körükləyən mövqedə dayandı. İndi də iki ölkə arasında etimadın yaradılmasını, barışıq cəhdlərini xəyanət kimi qələmə verir. Özünün imkanları ilə bütövlükdə cəmiyyətə, o cümlədən gənc nəslə revanşist düşüncələr aşılayır. Beləliklə, kilsə siyasi alətə çevrilərək, sülhə deyil, qarşıdurmaya xidmət edir. Bu gün EAK Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanmasına açıq şəkildə çıxan nüfuzlu qurumdur. Kilsə hesab edir ki, belə bir sənəd Qarabağın hüquqi cəhətdən də itirilməsi anlamına gələcək. Eyni zamanda, kilsə Zəngəzur dəhlizinin açılmasına da kəskin etiraz edir və bunu Ermənistanın suverenliyinə təhdid kimi təqdim edir. Türkiyə ilə münasibətlərin normallaşdırılması isə patriarxlıq tərəfindən “erməni xalqının tarixi yaddaşına xəyanət” kimi qiymətləndirilir. Keşişlər bu prosesləri milli maraqlara zidd hesab edir və cəmiyyəti hökumətin atdığı addımlara qarşı səfərbər etməyə çalışırlar. Nəticədə kilsə həm daxili müxalifətin, həm də diasporun siyasi platformasına çevrilməkdədir.

***

“Hraparak”da dərc olunan son məqalə də vəziyyətin gərginliyini əks etdirir. Məqalədə qeyd olunan “Paşinyan bu məsələdə çətin duruma düşüb və ictimai dəstəyi azdır” sözləri yaxınlaşan seçkilər ərəfəsində baş nazir və bütövlükdə hakim komanda üçün ciddi çağırışdır. Aydın olur ki, Nikolun katolikosu devirmək planı komandasında da ciddi tərəddüdlər doğurub. Hətta Paşinyanın yaxın ətrafı belə bu riskli ideyanı dəstəkləmir. İyulun 16-da keçirilən mətbuat konfransında baş nazirin mövqeyi daha aydın göründü. O, hələlik psixoloji təzyiqlərlə və daxili təbliğatla Eçmiədzini zəiflətməyə çalışacaq. Ancaq hakimiyyəti daim tənqid hədəfinə çevirən “Hraparak”ın yazdıqlarından fərqli olaraq, proseslər göstərir ki, Ermənistan cəmiyyətində kilsəyə inam ciddi şəkildə azalıb. Paşinyan da kilsəni əvvəlki rejimin tərəfdarı, yaxud köhnə sistemin qalığı kimi təqdim etməyə çalışır və bu, müəyyən ictimai zümrələrdə qarşılıq tapır. Kilsənin uzun illərdir siyasətə müdaxilə etməsi, cəmiyyətə təsir rıçaqları üzərindən idarəçilik iddiası bu gün ciddi narazılıq doğurur. Xüsusilə gənc nəsil Eçmiədzinin mövqeyini arxaik və ölkəni geriyə aparan xətt kimi dəyərləndirir. Kilsə daxilində ciddi parçalanma və nüfuz böhranının hökm sürdüyü şəraitdə EAK-ın cəmiyyətə təsir imkanları gündən-günə zəifləyir.

Qeyd etdiyimiz kimi, Paşinyanla EAKilsəsi arasında gərginlik açıq qarşıdurma mərhələsinə keçib. Artıq din xadimləri də susmaq niyyətində deyillər və əks hücuma keçiblər. Açılan cinayət işləri də göstərir ki, hökumət kilsəni təzyiqlə susdurmaq, katolikosu isə vəzifədən uzaqlaşdırmaq üçün inzibati resurslardan istifadə etməyə çalışır. Paşinyanın komandasına bu məsələni payıza qədər həll etməyi tapşırması isə prosesin planlı şəkildə irəlilədiyini göstərir. Görünən budur ki, rəsmi İrəvan kilsəni təkcə siyasi rəqib yox, həm də ideoloji maneə kimi görür. Kilsənin öz mövqeyində israrla dayanması və ictimaiyyətə açıq çağırışlar etməsi mübarizəni daha da kəskinləşdirir. Belə bir şəraitdə Eçmiədzin rəhbərliyinə qarşı açılacaq istənilən cinayət işi Ermənistan daxilində və diaspor səviyyəsində ciddi rezonansa səbəb ola bilər. Bu da hakimiyyət üçün əlavə daxili təzyiq və beynəlxalq imic problemləri deməkdir.

***

Məsələ ilə bağlı politoloq, “Demokratik alternativ” partiyasının sədri Suren Surenyantsın da fikirləri maraqlıdır. Paşinyanın mətbuat konfransını şərh edən Surenyants bildirib ki, Ermənistan hakimiyyəti kilsəyə yeni hücum hazırlayır: “Məndə olan məlumata görə, hakimiyyət Milli Kilsə Assambleyasının çağırılmasını imitasiya edərək son dərəcə riskli plan həyata keçirməyi planlaşdırır. Xalq adından, guya, alternativ katolikos seçəcək marionet heyət formalaşacaq. Məqsəd kilsəni nüfuzdan salmaqdır. Bu, daha sonra geosiyasi kursun dəyişməsinin elementi kimi təqdim olunacaq və yepiskoplar Rusiyanın agentləri elan olunacaqlar”.

Onun sözlərinə görə, hakimiyyət bu strategiya çərçivəsində öz planlarını həyata keçirmək məqsədilə, dəstək almaq üçün yepiskoplardan biri ilə danışıqlar aparır. Politoloq din xadiminin adını açıqlamayıb, onun hazırda Ermənistandan kənarda olduğunu, lakin Türkiyədə olmadığını bildirib.

Bu açıqlama isə göstərir ki, rəsmi İrəvan kilsəyə qarşı ənənəvi vasitələrlə deyil, daha incə üsullarla hücum hazırlayır. Bu, yalnız kilsənin nüfuzunu deyil, onun struktur bütövlüyünü də sarsıtmaq məqsədi güdür. Milli Kilsə Assambleyasının saxta yollarla çağırılması və “xalqın iradəsi” adı altında alternativ katolikos seçilməsi ciddi ictimai-siyasi böhrana yol aça bilər. Hökumət, görünür, Eçmiədzini zəiflədərək cəmiyyətin mənəvi dayağını dəyişmək niyyətindədir. Planın geosiyasi vektorla bağlanması, yəni yepiskopların Rusiya ilə əlaqələndirilməsi daxili mübarizəni xarici təhdid görüntüsü ilə əsaslandırmaq cəhdidir. Bu yanaşma həm Qərbə mesajdır, həm də daxili auditoriyaya yönəlmiş qorxu alətidir. Surenyantsın sözləri Hayastan üçün real təhlükənin xəbərçisidir. Qarşıda kilsəni də, cəmiyyəti də silkələyəcək ciddi təlatümlər yaşana bilər.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri