Icma.az
close
up
RU
Məqbərə kölgəsində siyasi oyunlar

Məqbərə kölgəsində siyasi oyunlar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Erməni cəmiyyətində dərin ideoloji parçalanma

Erməni Apostol Kilsəsinin (EAK) iqamətgahının həyətində inşa edilmiş katolikos məqbərəsinin və şam ibadət zalının açılış mərasimi olub. Məqbərə və şam ibadət zalı xeyriyyəçi Qarnik Yakubyanın və onun həyat yoldaşı Anait Çatalpaşyan–Yakubyanın himayəsi ilə inşa edilib.

Mərasimdə Ermənistan və diaspor yeparxiyalarının iyerarxları, Ana Taxt–Tacda xidmət edən yepiskoplar və rahiblər, Yakubyanın ailə üzvləri və yaxınları, bu münasibətlə Hayastanın müxtəlif yerlərindən və diaspordan gəlmiş zəvvarlar iştirak ediblər. Çıxış edən bütün ermənilərin katolikosu II Qaregin bildirib ki, patriarxların dəfni üçün panteonun tikintisi ilə bağlı belə bir təşəbbüs hələ 1955-ci ildə, bütün ermənilərin katolikosu I Vazgenin zamanında planlaşdırılıb: “Bizim üçün çox sevindiricidir ki, bu təşəbbüsdən əvvəlcədən xəbərsiz idik. Bizim də katolikos məqbərəsinin yaradılması ideyamız var idi. Həmin ideya bu gün artıq həyata keçirilib. Bura həm də inanclı xalqımıza şam ibadətxanası kimi xidmət edəcək”.

Daha sonra katolikos üstüörtülü şəkildə hazırkı hakimiyyətin yürütdüyü siyasətdən narazılığını çatdırıb. O dinləyicilərə xitab edərək vurğulayıb ki, müxtəlif saxta ideologiyalar Ermənistanda dəyərlər sistemini məhv edir, mənəvi qavrayış təhrif olunur. Belə bir vaxtda bu cür kilsə binaları, ziyarətgahlar və ibadət yerləri öz dini və ayin əhəmiyyətinə görə imanın möhkəmlənməsi, ruhun xilası və inanclı həyat sürülməsi üçün mübarək mərkəzlərə çevrilir. II Qaregin bu böyük tikilini onlara bəxş etmiş Q.Yakubyana və A.Çatalpaşyan–Yakubyana yüksək mükafat – “Müqəddəs Eçmiədzin” ordenini, onların oğlu Aram Yakubyana isə “Surb Qriqor Lusavoriç” ordenini təqdim edib.

Əlbəttə, EAK-ın iqamətgahında katolikos məqbərəsinin və şam ibadət zalının açılışına təkcə dini hadisə kimi yanaşmaq doğru olmazdı. Bu məsələ həm də siyasi əhəmiyyət daşıyır. Yazıda sözügedən məkanın Q.Yakubyan və onun həyat yoldaşı kimi diaspor xeyriyyəçilərinin vəsaiti hesabına tikildiyini xüsusi vurğulamağımız təsadüfi deyil. Məsələ ondadır ki, bu amil EAK-ın xaricdəki erməni icmaları ilə əlaqələrinin güclü olduğunun daha bir göstəricisidir. Eyni zamanda bu fakt, EAK-ın təkcə dini deyil, həm də ideoloji və siyasi dayaqlarını əsasən xaricdə yaşayan ermənilər vasitəsilə gücləndirdiyini göstərir. Xüsusilə ABŞ, Fransa və Kanadadakı erməni icmaları kilsəyə həm maliyyə, həm də informasiya dəstəyi verir. Bu da kilsənin daxili legitimlik böhranını kompensasiya etmək üçün xarici resurslara söykəndiyini nümayiş etdirir. Belə layihələr vasitəsilə EAK diaspor üzərində mənəvi nüfuzunu daha da möhkəmləndirməyə çalışır.

Bu açılış həm də kilsənin öz nüfuzunu bərpa etmək, daxildəki ictimai-siyasi, sosial-iqtisadi qeyri-müəyyənlik fonunda mövqelərini gücləndirmək cəhdidir. Son zamanlar EAK-la hökumət arasında yaşanan gərginlik fonunda belə mərasimlərin keçirilməsi, kilsənin təsir dairəsini genişləndirmək istədiyinə işarədir. Məqbərə həm də “tarixi liderlər”in mirasını ön plana çıxararaq, xalqın yaddaşında dini kimliyi möhkəmləndirmək məqsədi güdür. Mərasimdə iştirakçıların geniş tərkibi tədbirin təkcə dini deyil, həm də ictimai-siyasi çalar daşıdığını göstərir. Xüsusən də diaspor nümayəndələrinin fəal iştirakı EAK-ın dünyadakı erməni icmalarına ünvanladığı rəmzi mesaj kimi qiymətləndirilə bilər. Bu mərasim vasitəsilə kilsə özünün hələ də birləşdirici mərkəz olduğunu nümayiş etdirməyə çalışır. Halbuki son illər Ermənistan daxilində kilsəyə qarşı ictimai etimad xeyli zəifləyib, xüsusilə də gənc nəsil arasında onun nüfuzu getdikcə azalır. Dövlətlə münasibətlərdəki gərginlik, şəffaflıqla bağlı suallar və bəzi yüksək rütbəli din xadimlərinin siyasətə açıq müdaxiləsi bu inamsızlığı daha da dərinləşdirib. Belə bir şəraitdə təşkil edilən təntənəli açılışlar daha çox görüntü və simvolizmlə vəziyyəti ört-basdır etməyə xidmət edir.

Bütövlükdə, II Qareginin açılış mərasimindəki çıxışı məqbərənin inşasını təkcə bir xeyriyyə təşəbbüsü kimi deyil, həm də tarixi və ideoloji davamlılığın təcəssümü kimi təqdim etməyə yönəlib. Katolikos açıq şəkildə vurğulayır ki, bu ideya kilsə daxilində çoxdan formalaşıb və reallaşması, sadəcə, zaman məsələsi olub. Beləliklə, kilsə həm öz “strateji uzaqgörənliyini” nümayiş etdirir, həm də bu təşəbbüsün təsadüfi və ya yalnız diaspor təşəbbüsü olmadığını göstərməyə çalışır. Eyni zamanda, vurğulanan əsas məqamlardan biri də məkanın sadəcə, elitalar üçün deyil, bütün inanclı ermənilər üçün açıq olmasıdır. Bu, EAK-ın sıravi vətəndaşla təmasda olduğunu göstərmək cəhdidir. Məqbərə və ibadətxana həm simvolik məna daşıyır, həm də konkret dini ehtiyacları qarşılamaq məqsədi güdür. II Qareginin çıxışında kilsənin tarixi yaddaşa sahib çıxmaq və onu yaşatmaq niyyəti açıq şəkildə hiss olunur. Məqbərənin tikintisi eyni zamanda, kilsənin uzunmüddətli institusional sabitlik iddiasının ifadəsi kimi də oxuna bilər. Bu tip abidə və ibadət yerləri vasitəsilə EAK özünün legitimliyini göstərməyə və dindarlar arasında nüfuzunu möhkəmləndirməyə çalışır. Lakin ictimai reallıq və artan tənqidlər fonunda bu cür addımların nə dərəcədə uğurlu olacağı sual altındadır.

II Qareginin mərasimdə səsləndirdiyi fikirlər açıq şəkildə həm mövcud hakimiyyətə, həm də cəmiyyətin dəyişən mənəvi dəyərlərinə yönəlmiş narazılığın ifadəsidir. O, “saxta ideologiyalar”, “mənəvi qavrayışın təhrif olunması” kimi ifadələrlə müasirlik, dünyəvilik və liberal yanaşmaların artmasını, eləcə də kilsənin ictimai nüfuzunun sarsılmasını tənqid edir. Əslində isə kilsənin mövqeyinin zəifləməsinin əsas səbəbləri məhz onun cəmiyyətin sosial və siyasi tələblərinə adekvat cavab verə bilməməsi, keçmiş hakimiyyət təmsilçiləri ilə daim ittifaqda olması və ictimai-siyasi proseslərə birmənalı şəkildə tərəfli müdaxiləsidir. Son illərdə EAK-ın fəaliyyəti yalnız dini sahədə deyil, həm də siyasi və maliyyə müstəvisində ciddi suallar doğurur. Cəmiyyətdə belə bir qənaət formalaşıb ki, kilsə daha çox siyasi alətə çevrilib və xüsusilə də keçmiş hakimiyyətlə yaxın münasibətlərinə görə ictimai etimadı itirib. Hökumətin mövqeyinə, apardığı islahatlara dolayı etiraz edən II Qaregin, əslində, kilsənin mövcud təsir gücünü qorumağa çalışır. Lakin bu çağırışlar artıq gənc nəsil üçün yetərli deyil. Ermənistan cəmiyyətində dini ritualların ardıcıllığı azaldığı, kilsə institutuna etimad zəiflədiyi halda, bu cür böyük həcmli tikililər və şişirdilmiş mərasimlər real dini ehtiyacdan daha çox simvolik nümayiş xarakteri daşıyır.

Katolikosun Yakubyan ailəsinə verdiyi yüksək ordenlər də bu tendensiyanın bir parçasıdır. Vəsait ayıran hər bir xeyriyyəçi bu gün Eçmiədzin tərəfindən xüsusi imtiyazlarla təltif edilir, bu isə cəmiyyət tərəfindən mənəvi nümunə kimi deyil, daha çox kilsənin maddi asılılığı və prinsipialsızlığı kimi dəyərləndirilir. Belə mükafatlandırma siyasəti kilsənin öz dəyərlərinə deyil, sponsorlarına xidmət etdiyini göstərir. Mərasim boyunca səsləndirilən ritorika, məsələn, dini mərkəzin “imanın möhkəmlənməsi və ruhların xilası” üçün inşa edildiyi mesajı, əslində, ictimai fikri yayındırmaq və kilsənin zəifləyən nüfuzunu kompensasiya etmək cəhdidir. Reallıqda isə EAK bu gün nə erməni cəmiyyətinin ahəngini təmin edə, nə də sosial problemlərə cavabdeh dini instansiya kimi çıxış edə bilir. Dini qurumların cəmiyyətlə təmasda, şəffaf və hesabatlı olması vacib şərtdir. EAK isə qapalı struktura, simvolik məkanlara, köhnə münasibətlərə və şəxsi loyallıqlara söykənərək yalnız öz daxilində mövcudluğunu qorumağa çalışır. Bu isə müasir Ermənistan üçün nə dini, nə də ictimai baxımdan qəbuledilən yol deyil. Kilsə əgər yenidən cəmiyyətə təsir göstərmək istəyirsə, ilk növbədə özünü və ideoloji yanaşmalarını islah etməlidir. Əks halda, bu cür mərasimlər yalnız keçmişin nostaljisini yaşadan, lakin gələcəyin ruhunu daşımayan tədbirlər kimi yadda qalacaq.

Bu arada ölkənin baş naziri Nikol Paşinyanın etdiyi paylaşım da diqqəti cəlb edir. O, sosial şəbəkə hesabında yazıb ki, bəzi müxalifət dairələrinin əsas tezisi Ermənistanda gərginlik, apatiya və nifrətin hökm sürməsindən ibarətdir. Nikol daha sonra yazıb: “İndi Vardavardan kütləvi şənliklərin kadrlarına baxıram və özümə sual verirəm: gərginlik, apatiya, nifrət haradadır? Kiçik bir psevdoelit qrupun laqeydliyini, gərginliyini, nifrətini, ümidsizliyini xalqa aid etməməliyik. 2021-ci ildə xalq gələcəyin olduğuna inanırdı və bu gün anlayır ki, gələcək artıq gəlib – gələcək bu gündür.

Bu istiqamətdə demək lazımdır ki, Paşinyanın paylaşımı cəmiyyətdəki ümumi ruh halını pozitiv göstərməyə yönəlsə də, katolikosun mərasimdəki ritorikası bununla ziddiyyət təşkil edir. II Qaregin Ermənistanda mənəvi çöküş və saxta ideologiyaların yayılmasından narahat olduğunu bildirir, halbuki baş nazir tam əksinə, xalqın gələcəyə inandığını və pozitiv enerjiyə sahib olduğunu iddia edir. Bu, kilsə ilə dövlət arasında baxış fərqlərinin və sosial vəziyyətə fərqli yanaşmaların bariz nümunəsidir. Paşinyan gələcəyin artıq gəldiyini desə də, kilsə hələ də keçmiş simvollar və nostalji üzərindən mövqeyini qorumağa çalışır. Bu qarşıdurma EAK-ın siyasi ritorika ilə ayaqlaşa bilmədiyini və ictimai reallıqdan uzaq düşdüyünü göstərir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see540

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see239

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see237

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see223

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see223

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see222

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see212

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see210

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see209

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see205

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see196

Təzyiq düşəndə bədən nə hiss edir?

04 İyun 2026 19:19see184

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see177

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see173

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see170

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see168

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see168

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see164

Kot d İvuar Duenin qolu ilə Fransaya qalib gəlib

05 İyun 2026 01:28see157

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri