Icma.az
close
up
RU
Ermənistanın xaç qardaşlarına ümidi öləziyib

Ermənistanın xaç qardaşlarına ümidi öləziyib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Hayların məkrli havadarlarının öz tifaqı dağılır

Haqqın–ədalətin qarşısında əyri yolda olan kimsə sonadək duruş gətirə bilməz. Bu zaman hansı üsullara əl atmasından asılı olmayaraq fiaskolu finiş qaçılmazdır. Yalanla, dezinformasiya ilə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bir müddət aldatmaq olar. Amma sonda həmin yalanlarla üfürülmüş “həqiqətlər” sabun “şarları” kimi partlayıb yox olacaq, köksüz və gövdəsini içindən qurd yemiş ağac kimi yıxılıb yerə səriləcək. Hayastan indi bu durumdadır...  

Haqqın–ədalətin Azərbaycanın tərəfində olduğunu görə-görə on illər boyu Ermənistana siyasi-ideoloji, hərbi və maliyyə dəstəyi göstərən “kollektiv Qərb” artıq ciddi seçim qarşısında qalıb. Bu düşərgənin üzvləri torpaqlarını işğaldan azad etmiş, bölgədə söz və güc sahibinə çevrilmiş Azərbaycanı xoşlamasalar belə, reallıq onların üzlərinə dirənib. 30 il ərzində erməni-faşist terroruna məruz qalmağımıza, 1 milyondan çox qaçqın və məcburi köçkünün məhrumiyyətlərə düçar olmasına göz yuman, bu gerçəkliyə, bir dəfə də olsun, səsini çıxarmayan haypərəstlər indi insan haqlarından, ədalətdən dəm vurmağa başlayıblar. 

Azərbaycanı beynəlxalq qaydaları, konvensiyaların hansısa normalarını pozmaqda ittiham edən ölkələrin də, onların liderlərinin də cavabları layiqincə verilir. Çünki o düşərgənin iç üzünə yaxşı bələd olan Prezident İlham Əliyev onları yerlərində oturtmağın üsullarını da əla bilir. İşğala məruz qalan Azərbaycanı haqlı ikən haqsız duruma salmağa çalışan, işğalçı erməniyə dəstək verənlərin dövranı başa çatıb.

Dörd ildən çoxdur Bakı ilə sülhə gəlmək əvəzinə, Şərqdən–Qərbə, Şimaldan–Cənuba “qarmağını” ilişdirməyə çalışan, üzdə bir cür, arxada başqa cür davranan, nala-mıxa vuran İrəvanın üz tutduqları coğrafiyalardakı dəstəkçilərinin stulları laxlamağa başlayıb. Görünən odur ki, Ermənistan “müttəfiq axtarışı”nın ikinci dövrəsinə uzaqdan deyil, bölgədən başlamağa məhkumdur.      

XQ-yə açıqlamasında Ermənistanın Qərbə bağladığı ümidlərinin boşa çıxdığına diqqəti yönəldən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bunun səbəbi kimi haypərəst “düşərgəyə” daxil olan siyasilərin öz ölkələrində mövqelərinin xeyli zəifləməsini göstərdi: “Müşahidə olunan reallıq odur ki, ABŞ mediası, analitik mərkəzlər belə bir tezis səsləndirirlər ki, Donald Tramp hakimiyyətdə olduğu dönəmdə Ağ ev Ermənistana deyil, daim Azərbaycana üstünlük verəcək. Bu ehtimalı erməni mətbuatı da gen-bol tirajlamaqla məşğuldur. Əgər xatırlayırsınızsa, hayların xarici işlər naziri Ararat Mirzoyan belə bir bəyanat vermişdi ki, biz ABŞ-la ikitərəfli münasibətləri siyasi dialoqdan siyasi əməkdaşlığa, partnyorluq səviyyəsinə qaldıracağıq. Buna cavab olaraq Dövlət Departamentinin ermənipərəst katibi Antoni Blinken ayrıca açıqlama yaydı. O, Dövlət Departamentinin Mirzoyanın dediyi məsələ ilə bağlı nə müzakirələr apardığını, nə də hansısa sənədi hazırladığını bildirdi. Yəni, hazırda Vaşinqtonun İrəvanla heç bir siyasi əməkdaşlığından söhbət getmir. 

Axı, Ermənistan Rusiyanın ənənəvi müttəfiqidir. Bu amili okeanın o tayında da unutmurlar. Belə olan halda, aydın məsələdir ki, Paşinyan komandası Avropa İttifaqından aldığı dəstəyi qoruyub saxlamağa çalışacaq. Halbuki, haypərəst mövqeyi ilə seçilən ittifaqın baş diplomatı Cozep Borrel artıq postunu tərk edib. Onun yerinə gələn Kaya Kallasın hansı siyasi kursu yeridəcəyini zaman göstərəcək.

Sirr deyil ki, Ermənistana uzun müddət ən böyük dəstəyi İran və Rusiya verib. Onu da istisna etmirik ki, rəsmi İrəvan yenə ənənəvi tərəfdaşlarının ətəyindən yapışmağa məhkum olacaq. Bütün hallarda deyə bilərik ki, baş nazir Nikol Paşinyanın avropalı tərəfdaşlarına olan ümidi öləziyib. Buna görə Ermənistan hakimiyyəti dilini bir qədər gödəltməyə məcbur olacaq”.            

Bəli, Azərbaycan Ermənistanı xaricdəki əsas dayaqlardan təcrid etməyi bacardı. Rəsmi Bakı buna şəffaf, ədalətli və zərgər dəqiqliyi ilə düşünülmüş diplomatiyası sayəsində yeni tərəfdaşların etimadını qazanması, bölgədə və dünyada haqqı müdafiə etməsi sayəsində nail oldu. Artıq dünyanın ən nüfuzlu təşkilatları – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni haqqı ifadə edən qərar və qətnamələr qəbul etməyə başlayıblar. Azərbaycanın əldə etdiyi uğurları şərtləndirən digər amil müsəlman ölkələri ilə sıx əlaqələr qurması, onlara həqiqəti və reallığı olduğu kimi izah etməyə nail olmasıdır. Axı, Ermənistan təkcə Azərbaycana qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət yürütməklə məşğuldur. Məscidləri dağıdan, İslam dəyərlərini təhqir edən birisi müsəlman ölkələri ilə necə dost ola bilər? Onlara qucaq açan müsəlman ölkəsini isə yalnız riyakar və satqın adlandırmaq olar.

* * * 

Biz bu günə səbirlə, addım-addım irəliləyib yetişdik. Günün reallığı isə hamının gözü qarşısındadır. Siyasi tabloda görünən mənzərəyə fikir verin: dünənə qədər Ermənistanı dəstəkləyən dövlətlər bu gün onunla məsafəli davranmağa üstünlük verirlər. Qatı ermənipərəst Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın qarşısında acizliyini etiraf etməyə məcbur olması bir yana, Bakıdan müəyyən məsələdə ona yardım göstərməsini istəyir. Kanadanın ermənipərəst baş naziri Castin Trüdo istefadan yaxasını qurtara bilmədi. ABŞ-da Co Bayden administrasiyası – Soros dönəmi ömrünü başa vurmaq üzrədir. Yaxın Şərqdə Ermənistanın tərəfdaşı sayılan Bəşər Əsəd hakimiyyətinə birdəfəlik son qoyuldu. Yəni, tərəfdaşlarının sıraları seyrəldikcə İrəvanın səsi hülqumunda ilişib qalır...  

Azərbaycanı üstün mövqeyə çatdıran həmin addımlardan bəzilərinə nəzər yetirməyimiz yerinə düşər. 2024-cü ilin yazında Ermənistanı Qazax rayonu istiqamətində anklavda qalmış 4 kəndimizi qaytarmağa vadar edən amillər hansılar idi? Azərbaycan Prezidentinin qətiyyətli, prinsipial və məqsədyönlü siyasəti, Vətən müharibəsindəki Zəfərimiz və lokal antiterror əməliyyatının Xankəndidəki separatçılar və İrəvandakılar üçün şok effekti verən nəticələri. 

“Kollektiv Qərb”in, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının və bunun Cənubi Qafqaz üçün yeni təhdid amilinə çevrilməsinin qarşısının alınması istiqamətində Bakının atdığı qətiyyətli addımları da deməliyik. Azərbaycanın irəli sürdüyü şərtlər: Ermənistanın silahlandırılması dərhal dayandırılmalı, silahlar geri qaytarılmalı və bütün hərbi təmaslara xitam verilməlidir. Əks-təqdirdə bu proses Ermənisatana yaxşı heç nə vəd etmir. Bunun qarşısında ABŞ, Fransa və Avropa İttifaqı Ermənistan platformasının yaradılması ideyasına yenidən baxmağa başladı. Onların İrəvanla çoxtərəfli danışıqlar formatına son qoymasına da az qalıb.

Başını itirmiş Paşinyan komandası Ermənistanın keçmiş dövlət başçılarını məhşər ayağına çəkməklə daxili auditoriyanın diqqətini xarici siyasətdəki uğursuzluqlardan yayındırmaqla məşğuldur. 

Bu zaman dövriyyəyə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 32 il bundan əvvəl –1993-cü ildə erməni milli hərəkatının hərbi qolu olan “Yerpaka” üzvləri qarşısında çıxışında səsləndirdiyi fikirlər buraxılır. Müstəqil Ermənistanın tarixində, guya, ən ağıllı rəhbər, “demokrat prezident” kimi ad çıxrmış Ter-Petrosyanın məlum açıqlaması işğalçı hayların Azərbaycana qarşı planlı şəkildə həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti təsdiqi sayılmalıdır. Ermənistanın birinci prezidenti çıxışında bunları demişdi: “Biz Ermənistanı da, Artsaxı da Azərbaycan türklərindən təmizlədik. Son 600 ildə erməni xalqının edə bilmədiyini siz etdiniz”. 

İndi öz soydaşlarının ittiham obyektinə çevrilmiş Suriya ermənisi çıxışında daha sonra bildirib: “Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar hədəflərimizə çatmağa əngəl ola bilərdilər. Ermənistanın 3 rayonunda 170 min azərbaycanlı çoxluq təşkil edirdi. Azərbaycanlılar Zəngəzurda da çox idilər. Əgər onları təmizləməsəydik, Sovet İttifaqı süquta uğrayan kimi həmin bölgələrdə problemlər əmələ gələcəkdi. “Dağlıq Qarabağdan” kənarda, Azərbaycanın müxtəlif bölgələrində yaşayan 300 min erməninin köçüb Ermənistana gəlməsi də bizə lazım idi. Əgər onlar Azərbaycanda qalsaydılar, Bakı girov kimi bizə qarşı istifadə edəcək, tarixi missiyamızı reallaşdırmağa imkan verməyəcəkdi. Bununla biz  həm də demoqrafik problemimizi həll etmiş olduq”.

* * * 

Erməni faşizminin üzə çıxan yeni faktlarından biri kimi Ermənistana 20 il başçılıq etmiş “Qarabağ klanı”nın – Koçaryan və Sarkisyan iqtidarlarının gecikmiş etirafları sayıla bilər. İndi tam əminliklə deyə bilərik ki, 1988-ci ildə Sumqayıt hadisələri, 1990-cı ildə Azərbaycanın müxtəlif bölgələrində törədilən “poqrom”lar və bunların sayəsində etnik qarşıdurma səviyyəsinə qaldırılmış “Dağlıq Qarabağ” münaqişəsi Qərbin dəstəklədiyi məkrli hay ssenarisinin tərkib hissələri idi. 

Hayların ikinci prezidenti Robert Koçaryanın 22 il bundan əvvəl Avropa Şurasının tribunasından azərbaycanlılar və ermənilərin genetik uyğunsuzluğu barədə dediklərini, üçüncü prezident Serj Sarkisyanın ingilis jurnalisti Tomas de Valla Xocalı soyqırımını qəsdən törətdiklərini etiraf etməsini yalnız “arxalı köpəy”in qurdun üstünə yeriməyə sürət etməsi ilə müqayisə etmək olar. Amma arxa-dayaqdan məhrum olan köpəyin çaqqal aqibəti yaşaması kimi sonluğu da var.   

Hələ də özünü Qərbdəki artıq psevdo-dəstəkçilərinə “sülh göyərçini” kimi təqdim etməyə çalışan N.Paşinyanın 2018-2019-cu illərdə Azərbaycanın ünvanına “qazlı-qazlı” ultimatum verməsi, Cıdır düzündə üzünü Bakı səmtinə tutub əzələ nümayiş etdirməsi də “kollektiv Qərb”in şirin vədlərindən xumar olmuş hayın sayıqlamaları idi. Bəs dikbaş baş nazirin hərbi ritorikası harada qaldı?  

* * * 

 Sadaladıqlarımız Ermənistanın haradan-haraya və necə gəldiyini əyani şəkildə göstərən reallıqlardır. Bəli, Ermənistanın bu gün acınacaqlı vəziyyətlə üzləşməsinin,  ağır duruma düşməsinin başlıca səbəbi məhz güvəndiyi həmin xarici qüvvələrdir. 

Əgər Ermənistanı dəstəkləyənlər onu vaxtında işğalçılıqdan çəkindirməyi bacarsaydılar, haylar bugünkü acınacaqlı vəziyyətlə üzləşməzdilər. İndi də xarici himayədarlarına səslənməkdən usanmayan Ermənistan iqtidarı əbəs yerə kənardan gələn dəstəyə ümid edir. Ermənilər birdəfəlik başa düşməlidirlər ki, onların taleyi Rusiyanın, Fransanın, ABŞ-ın, yaxud İranın deyil, öz əllərindədir. Sadəcə, o əli qaranlığa deyil, işığa, barıt qoxusu gələn tərəfə yox, sülhə uzatmağı bacarmalıdır. Burada çətin nə var ki?  

İmran BƏDİRXANLI 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri