Icma.az
close
up
RU
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu Yeni qərar

Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu Yeni qərar

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Qafana səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları ölkədə böyük səs-küyə səbəb olub. O, Zəngəzurun Ermənistanın inkişaf qapısına çevrilə biləcəyini söyləyib.

Xaçaturyan həmçinin Ermənistan hökumətinin yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imalamağı hədəflədiyini bildirib.

Ermənistan prezidentinin dəhlizlə bağlı müsbət mesajları nədən qaynaqlanır?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, 5 il davam edən müzakirə və mübahisələrdən sonra nəhayət Ermənistan Zəngəzur dəhlizinin açılmalı olduğunu dərk edir:

“Belə ki, regional inteqrasiya və iqtisadiyyatın inkişafı, məhz Zəngəzur dəhlizi ilə əlaqəlidir. Əgər biz bir qədər dərin təhlil etmək istəsək görəcəyik ki, elə regionda sülhün əldə olunmasının yolu da Zəngəzur dəhlizindən keçir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan çoxdan hamıya bəlli olan bu gerçəkliyi ifadə etmək üçün özündə cəsarət tapıb. Nəyə görə bu açıqlamanı Zəngəzurda edir? Bunun da özünəməxsus səbəbləri var. Çünki Ermənistanın radikal qüvvələri Zəngəzur əhalisini səfərbər edərək dəhlizin açılmasına qarşı onlardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Həmçinin oxuyun:

Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF: “Naxçıvana quru yolu açaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki ərəfəsində heç bir bölgənin səsini itirmək istəmir. Əksinə, səslərini artırmaq üçün ölkənin fərqli regionlarına ardıcıl səfərlər edir. Təsadüfi deyil ki, Paşinyan özü də bir müddət öncə Zəngəzura səfər etdi. Ona görə düşünürəm ki, Ermənistan prezidenti və baş nazirin səfərləri, çıxışları koordinasiya əsasında baş tutur.

Bütün bunlar kommunikasiyaların açılması kimi təqdim olunsa da, hər kəsə bəllidir ki, Vaaqn Xaçaturyan nə deyirsə desin, burada məsələ azərbaycanlıların öz torpaqlarına gedib-gəlməsi ilə bağlıdır. Qalan yükdaşıma kimi məsələlər isə fərqli platformalarda razılaşdırılmalıdır. Bütün bunları dəhlizin açılması istiqamətində müsbət qəbul etmək olar”.

Politoloq Fərhad Məmmədov isə bildirib ki, 44 günlük müharibədən sonra Nikol Paşinyan hökumətinin təbliğatı nəticəsində Zəngəzur dəhlizi Ermənistanın daxili siyasətində ən çox müzakirə edilən mövzuya çevrilib:

“Eyni zamanda, xaricdə və Qərbdə Azərbaycanın bölgədə eskalasiya planlaşdırdığına dair təbliğat apararaq siyasi və iqtisadi dəstək almağa çalışdılar.  Hazırda isə bu məsələ aktualdır. Kommunikasiyaların açılmasını şərtləndirən yeganə mövzudur. Mövcud vəziyyətdə İrəvan hökuməti cəmiyyəti kommunikasiyaların açılmasına, Zəngəzur marşrutunun xüsusi rejimdə fəaliyyətinə hazırlamaq məcburiyyətində qalıb.


Fərhad Məmmədov

Bu istiqamətdə Ermənistan prezidenti, hökumət və deputatlar Paşinyana qoşulub. Hamı başa düşür ki, sülh prosesi davam edir. ATƏT-in Minsk qrupunun ləğvi, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına dair konkret danışıqlar gedir. Ermənistan cəmiyyətində Zəngəzur dəhlizinə ilə bağlı xof yaranıb. İndi də bunu aradan qaldırmağa çalışırlar”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri