Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Prezident Xaçaturyandan mühüm açıqlama: “Sünikin qapıları açılsa…”

Prezident Xaçaturyandan mühüm açıqlama: “Sünikin qapıları açılsa…”

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinləri ilə görüşündə Zəngəzur dəhlizindən danışıb. Prezident qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolun açılması vacibdir. 


"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.

Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Xaçaturyanın açıqlamasında diqqətçəkən iki məqam var. Bunlardan birincisi Zəngəzur dəhlizi, ikincisi sülh sazişi ilə bağlıdır. 

Novruzov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması həm rəsmi Bakının, həm də Ankaranın gündəmindədir:

“Həm ikitərəfli, həm də Ermənistanla davam edən təmaslarda bu mövzunun da gündəmdə olduğuna şübhə olmamalıdır. Çünki Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından kifayət qədər vacibdir.

Ermənistan da başa düşür ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün prioritetdir. Üstəlik, dəhlizin açılmasında maraqlı olan böyük güclər də var. Belə bir şəraitdə İrəvan sonsuza qədər müqavimət göstərə bilməz.

Məsələ burasındadır ki, Ermənistanın gələcəyi mübahisəlidir. Rəsmi İrəvana həm Qərbdən, həm də Rusiyadan kifayət qədər təzyiq göstərilir. Bu, Ermənistan üçün yeni təhlükəsizlik çətirinin vacibliyini gündəmə gətirir. Belə bir vaxtda Azərbaycan və Türkiyə Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Əslində bu, müəyyən mənada Bakı və Ankaranın da maraqlarına uyğundur. Çünki kənar qüvvələrin Cənubi Qafqaza girməsinin qarşısı alınacaq. 

Lakin bunun üçün Ermənistan destruktiv  ritorikasından əl çəkməlidir. Əslində Zəngəzur dəhlizinin açılması İrəvanın özünün də maraqlarına cavab verir. Çünki məhz dəhlizin açılması nəticəsində Ermənistan iqtisadiyyatı canlanacaq, həmçinin bu dövlət özünü regional təcrid siyasətindən xilas edəcək. Amma həm bunu, həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəməyən güclər var. Həmin qüvvələr bu və ya digər formada Ermənistana təzyiq göstərməkdədirlər”. 

Siyasi şərhçinin fikrincə, Ermənistan rəsmilərinin, o cümlədən prezidentin Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikirlər müsbət impuls kimi qəbul edilməlidir:

“Rəsmi İrəvan dəhlizin açılması üçün siyasi iradə ortaya qoymalı və kənar təsirlərdən uzaqlaşmalıdır. Yəqin ki, belə də edəcək. Xaçaturyanın dedikləri həm daxili, həm də beynəlxalq auditoriyanı dəhlizin açılmasına hazırlamaq cəhdi kimi dəyərləndirilə bilər. 

Sülh sazişi məsələsinə gəldikdə isə hər iki tərəfdən bu istiqamətdə müsbət mesajlar verilir. Sülh heç vaxt olmadığı qədər yaxındır. Sadəcə buna əngəl yaradan bir neçə məqam var. Bunlardan birincisi Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları, ikincisi isə ATƏT-in Minsk Qrupunun mövcudluğudur. Ermənistan rəsmi Bakının haqlı, məntiqli tələblərinə uyğun olaraq konstitusiyasını dəyişdirməli və Minsk Qrupunun ləğvi təşəbbüsü ilə çıxış etməlidir. 

Həmçinin, qərbi azərbaycanlıların öz dədə- baba yurdlarına qayıtmalarına da maneə yaradılmamalıdır”. 

K.Novruzovun sözlərinə görə, Ermənistan prezidentinin dediklərindən belə məlum olur ki, qarşı tərəf Azərbaycanın tələblərini yerinə yetirməyə hazırdır. Əlbəttə, bu, İrəvanın konstruktiv mövqeyi kimi yox, Bakının hərbi- diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilməlidir.  Yaxın gələcəkdə sülh sazişi imzalanmasa belə, tərəflər arasında müsbət dinamika davam edəcək və ciddi nəticələr əldə olunacaq.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri