Xaçmazda dünyasını dəyişən müəllimənin 3 övladı qalıb FOTO/VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərindəki Çingiz Abdullayev adına 2 saylı tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Elnarə Hümmətova dünən vəfat edib.
Həmin məktəbin direktoru Sevinc Sədullayeva Bizim.Media-ya dünyasını dəyişən müəllimə haqda danışıb.
Onun sözlərinə görə, Qubanın Qalaxudat kəndində doğulan Elnarə Hümmətova 2001-ci ildə ailə quraraq Xaçmaza gəlin köçüb:
“2008-ci ildən bu məktəbdə işləyirdi. 2 oğlu, 1 qızı var. Qızı birinci sinifdə oxuyur. Oğlanlarından biri Türkiyədə magistraturada, biri isə Bakıda ali məktəbdə oxuyur”.
Sevinc Sədullayeva mərhumun bu gün yaşadığı Qaraqurtlu kənd qəbristanlığında torpağa tapşırılacağını deyib.
Direktorun Elnarə Hümmətova ilə bağlı saytımıza göndərdiyi foto və videolarını təqdim edirik.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















