Gələn ilki Həcc ziyarəti üçün sənəd qəbulunun başlama vaxtı açıqlandı RƏSMİ
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin göstərişlərinə əsasən, 2027-ci il üçün sənəd qəbulunun Həcc ziyarətindən dərhal sonra başlanılması gözlənilir.
Moderator.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, ötən illərlə müqayisədə bu il Həcc ziyarəti üçün qeydiyyatdan keçənlərin sayı çoxdur.
"Qeydiyyat prosesi bu il çox tez başlanılıb, tez də yekunlaşacaq". - o vurğulayıb.
Qeyd edək ki, Həcc ziyarəti üçün müəyyən edilən kvotanın artıq 65 faizdən çoxu tamamlanıb. Sənəd qəbulu cari ilin fevralın 15-də yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:Bu il Həcc ziyarəti üçün qiymətlər açıqlandı RƏSMİ
20 Yanvar 2025 23:01
Həcc ziyarəti üçün Yeni qaydalar
13 Noyabr 2025 03:55
Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı yeni qiymət və qaydalar
21 Oktyabr 2025 19:13
Həcc ziyarəti üçün ayrılan kvota dolub
22 May 2025 11:55
Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri rəsmi kanallardan istifadə etməməyə çağırıb
10 Aprel 2025 11:22
Baxış sayı:68
Bu xəbər 28 Yanvar 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















