Zaqatalada və Balakəndə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə davam edir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti maarifləndirici görüşlər keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı aparılacaq mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Zərərverici ilə mübarizədə mexaniki üsullardan geniş istifadə edildiyi qeyd olunub.
Bununla yanaşı, Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin dezinseksiya edilməsinin zərərvericinin uzaq məsafələrə yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















