Icma.az
close
up
RU
Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir

Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Xaçmazda daha bir biabırçılıq.

Şəhərin mərkəzində yerləşən və şəhid İsmət Qayıbovun adını daşıyan 3 nömrəli tam orta məktəbin həyəti satılıb. Bu barədə redaksiyamıza şəhər sakinləri məlumat verib. Bildirilir ki, məktəbin həyəti illərdir yerli icra strukturlarının və müvafiq qurumların “susqun himayəsi” altında naməlum şəxsə verilib və artıq ərazidə tikinti işlərinə start verilib.

Əldə etdiyimiz məlumata görə, bir neçə il öncə də həmin ərazidə yerləşən ağacların gecə saatlarında kəsilməsi cəhd olunub, lakin sakinlərin şikayətindən sonra Xaçmaz Rayon Polis Şöbəsi müdaxilə edərək prosesi dayandırıb. Uzun müddət toxunulmaz qalan bu sahədə bir neçə gün əvvəl yenidən hasarlama işləri aparılıb, ağaclar kəsilib və hazırda ərazidə tikinti işləri görülür.

Şəhid məktəbinin həyəti də satılacaqsa, qalan nədir?!

Məsələ ilə bağlı şəhər sakinləri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin qəbulunda olduqlarını, məsələni birbaşa başçıya çatdırdıqlarını bildiriblər. Amma təəssüf ki, görünən odur ki, icra başçısı ya susur, ya da bu proseslərə göz yumur. Əgər xəbəri olub müdaxilə etmirsə, bu vəzifə səlahiyyətlərinin aşılması, əgər xəbəri yoxdursa, bu idarəetmədə iflasa uğramağın göstəricisidir.

Əraziyə aid yaşıllığın qırılması, tikinti işlərinin aparılması birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Amma görünən odur ki, nazirliyin səlahiyyətli şəxsləri bu qanunsuzluqlara göz yummaqla məşğuldur.

Xüsusilə, nazirin birinci müavini Rəşad İsmayılov, nazir müavini Vüqar Kərimov, və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov bu məsələdə birbaşa məsuliyyət daşıyan şəxslərdir. Əgər bu ərazidə ağaclar kəsilirsə və tikintiyə başlanılıbsa, deməli ekspertiza rəyi verilib və bu da ekoloji cinayətin rəsmi möhürlə təsdiqidir.

Xaçmazla bitmir – ölkə üzrə ekoloji soyqırım faktları

Xaçmazdakı biabırçılıq ölkənin hər yerində davam edir. Redaksiyamıza daxil olan məlumatlara əsasən:

Qubanın Vəlvələ çayında uzun illərdir qanunsuz karyer fəaliyyəti aparılır, çay yatağı dağıdılır.

Qudyal çayının məcrası qanunsuz fərdi evlərlə zəbt edilib – bu da ekologiyaya ciddi zərər vurur.

Bakının Nəsimi, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında yaşıllıqlar açıq şəkildə kəsilir, yerində tikililər salınır.

İmişli rayonu ərazisində isə geniş şəkildə ekoloji terror hadisəsi baş verir.

Bütün bu faktlar onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sadəcə kağız üzərində fəaliyyət göstərən, “rəylə” cinayətləri ört-basdır edən quruma çevrilib.

Son olaraq… Əgər şəhidin adını daşıyan məktəbin həyəti pulla satılırsa, sabah ölkənin hansı dəyəri qorunacaq? Əgər ağaclar gecəylə qırılıb, tikinti hasarları çəkilirsə, ekoloji qanunlar niyə işləməlidir ki?

İcra başçısı Elnur Rzayevdən, ETSN rəhbərliyindən ictimai və hüquqi izahat gözləyirik. Xalqın gözü tərəzidir – bu dəfə tərəzi çoxdan əyilib. Amma heç olmasa gec də olsa, ədaləti yerinə qaytarın!

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Dogruxeber.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri