Icma.az
close
up
RU
19 iyun dünyanı dəyişə bilər ŞƏRH

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İyunun 19-da İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında imzalanacağı gözlənilən memorandumun əsas məqsədi hərbi qarşıdurmanın dayandırılması, Hörmüz boğazının yenidən açılması və növbəti 60 gün ərzində daha geniş siyasi-iqtisadi, sanksiyalar və nüvə danışıqları üçün çərçivənin formalaşdırılmasıdır. Əldə olunan razılaşma və imzalanacaq memorandumun tam sülh müqaviləsi olmadığı, daha çox keçid mərhələsi sənədi kimi qiymətləndirildiyi bildirilir. Tərəflərin məlumatına görə, memorandum imzalandıqdan sonra Hörmüz boğazının açılması və İran limanlarına tətbiq olunan məhdudiyyətlərin yumşaldılması nəzərdə tutulur".

Bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, memorandumun əhəmiyyəti böyükdür:

“Xüsusilə İran üçün iqtisadi baxımdan hazırkı mərhələdə "nəfəslik" rolunu oynayan bu razılaşma neft ixracının bərpasına şərait yarada bilər və qlobal enerji bazarında yaranmış gərginliyin azalmasına töhfə verə bilər. Artıq dünya enerji bazarları bu ehtimalı qiymətləndirməyə başlayıb. 1979-cu ildən bu yana ABŞ–İran münasibətlərində uzun illərdən sonra ən ciddi diplomatik irəliləyiş kimi qiymətləndirilən bu proses mürəkkəb məsələlər fonunda baş tutur.

İranın nüvə proqramı, uranın zənginləşdirilməsi, sanksiyaların tam ləğvi və regional silahlı qruplarla bağlı məsələlər hələ tam həll olunmayıb və imzalanmadan sonra 60 günlük texniki danışıqlarda müzakirə ediləcəyi gözlənilir. Hər iki ölkənin media orqanlarında razılaşmanın məzmunu ilə bağlı ziddiyyətli məlumatlar yayılıb, lakin rəsmi təsdiq olmadığı üçün bu məlumatlar təkzib edilir. Əslində, bu vəziyyət qarşılıqlı etimadsızlıqdan qaynaqlanır.

Bu baxımdan memorandumun uğuru növbəti mərhələdə aparılacaq danışıqlardan asılı olacaq. Sənədin dərhal münasibətlərin inkişafına ciddi təkan verəcəyini gözləmək çətindir. Bununla belə, hərbi gərginliyin azalması, neft və gəmiçilik bazarlarında sabitləşmə ehtimalı mövcuddur. Lakin nüvə proqramı, uranın zənginləşdirilməsi, sanksiyaların tam ləğvi və digər məsələlər üzrə razılıq əldə olunmasa, böhran yenidən dərinləşə bilər”.

Politoloq vurğuladı ki, sənədin mahiyyəti nə qədər faydalı olsa da, razılaşmanın kağız üzərində qalma ehtimalı da mövcuddur:

“Lakin hazırkı mərhələdə onun tam uğursuz olacağını demək düzgün olmaz. Bu baxımdan 19 iyun prosesi başlanğıc mərhələsi kimi dəyərləndirilə bilər”.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:485
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri