Icma.az
close
up
RU
Xalq artisti əsəbləşdi: “Xəyanəti heç vaxt bağışlamıram, bu sözü deyənin özü heç kimdir”

Xalq artisti əsəbləşdi: “Xəyanəti heç vaxt bağışlamıram, bu sözü deyənin özü heç kimdir”

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalq artisti Pərvanə Qurbanova Medianews.az-ın suallarını cavablandırıb.

-Pərvanə xanım, xəyanəti bağışlamaq olarmı? Əlbəttə ki, söhbət istənilən xəyanətdən gedir..

-Heç vaxt xəyanəti bağışlamaq olmaz. İstər vətənə xəyanət, istər dosta, istər doğmalarına, istərsə də kişinin qadına etdiyi xəyanəti heç cür bağışlamaq olmaz. Xəyanət adı üstündə xəyanətdir. Özü də böyük hərflərlə yazılır. Mən şəxsən xəyanəti heç vaxt bağışlaya bilmirəm. Təbii ki, düşmənçilik etmirəm, heç kimə pislik arzulamıram, bunu heç bacarmıram da. Amma bağışlamıram. Həmin insanları beynimdən də, ürəyimdən də tam silirəm. Mənə elə gəlir ki, hamı da mənim kimidir. Heç kim xəyanəti bağışlamır.

-Bu sualı sizə ünvanlamağım təsadüfi deyil. Sizi tamaşaçılar bu mövsümdən “Xəyanət” serialında izləyirlər. Hər mövsüm bir məşhur serialla izləyicilərin qarşısında olursuz. Bu ekran işi sizə bir daha nəyi aşıladı?

-“Xəyanət” mənə çox şeyləri aşıladı. Yeni sevgiləri, tanışlıqları, insanları aşıladı. Böyük bir kollektivlə çalışdım, onları sevdim. Mən keçən il “Xəyanət” serialına baxmırdım. Bilmirəm ki, hadisələr hansı yöndə inkişaf edib, necə olub? Əlbəttə ki, işimlə əlaqədar olaraq baxa bilmirdim. Mən də seriala çəkilirdim, ona görə izləyə bilmirdim. “Xəyanət” kollektivində sənətçilərin bir-birinə böyük dəyəri var.

-Sizcə tamaşaçılar seriallarda, filmlərdə kimləri görmək istəyir?

-Bu sualı tamaşaçılarımıza ünvanlasaq daha yaxşı olar. Çünki onlar bunu daha yaxşı bilirlər. Təbii ki, tamaşaçı yaxşı iş görmək istəyir. Həmin işlərdə də peşəkar aktyor və aktrisaların çəkilməsini arzulayır.

-Tamaşaçı süni və təbii sənətçini ayırd edə bilirmi?

-Əlbəttə ki, ayırd edə bilir. Tamaşaçını aldatmaq heç cür mümkün deyil. O qədər informasiya bolluğu var ki. Bu dəqiqə canlı olmayan nələrisə süni intellekt vasitəsilə yaratmaq mümkündür. Amma canlı tamam başqadır. Buna görə də aktyorun təbii və süni oynamağı həmin an görünür. Təbii ki, tamaşaçı tərəfindən də qiymətləndirilir.

-Sənət aləmində “Gəncənin aktyorları yaman seriallardaa çəkilir, hər yanı zəbt ediblər” deyə dillərdə sözlər gəzir. Bu kimi ifadələrə münasibətiniz necədir?

-Biz də Azərbaycan Respublikasının vətəndaşıyıq. Biz də Azərbaycan teatr və kinosuna xidmət edirik. Sənətdə canımızı qoyuruq. Nə fərqi var ki? Gəncə Azərbaycanın döyünən bir ürəyi, köklü şəhəri deyilmi? Gəncə Azərbaycan teatrına və kinosuna korifeylər bəxş etməyibmi? Biz çəkicimizi bir yerə vururuq. Əgər bu sözü kimsə deyirsə, o nə torpağını, nə vətənini, nə də sənətini sevir. Yəqin ki, onu deyən adam özü heç kimdir. Heç bu adı daşımağa da layiq deyil ki, belə bir söz deyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see249

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see196

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see187

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see140

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see133

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see127

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see127

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see126

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see125

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see123

Rubio etiraf edir...

21 May 2025 19:47see123

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see122

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see121

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see121

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see120

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir

21 May 2025 21:57see117

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see114

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see114

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see113

Adanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

22 May 2025 03:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri