Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xalq artisti Ağadadaş Ağayev sənət həyatı və ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində beş nəvəsinin olduğunu bildirib. O, oğlunun da gözəl səsə malik olmasına baxmayaraq, hazırda dövlət məmuru kimi çalışdığını deyib.
Sənətçinin sözlərinə görə, oğlu əvvəllər musiqi ilə məşğul olub, toylara da gedib. Lakin sonradan fərqli peşə seçərək dövlət məmuru olmaq qərarına gəlib.
Ağadadaş Ağayev övladlarının müğənnilik yolunu seçməsini istəmədiyini də etiraf edib. Buna səbəb kimi sənət yolunda qarşılaşdığı çətinlikləri göstərib. Xalq artisti nəvələrinin də bu sahəyə gəlməsinə razı olmadığını vurğulayıb:
"Nəvəmin müğənni olmasına icazə vermərəm. Ağadadaş adlı nəvəm var, onu da oxumağa qoymaram. Bir Ağadadaş var, bəsdir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Noyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















