Icma.az
close
up
RU
Xalq artistinin 2 məhkəməsi olacaq baltalı hücum işi

Xalq artistinin 2 məhkəməsi olacaq baltalı hücum işi

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün, Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin müttəhim və zərərçəkən olduğu cinayət işləri üzrə məhkəmə prosesləri davam etdiriləcək.

Bakıvaxtı.az Yeni Müsavat-a istinadla xəbər verir ki, Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ittiham olunur.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev müttəhim statusundadır. Artıq tərəflər barışıq sazişi imzalayıblar və məhkəməyə təqdim ediblər. Ötən prosesdə Ağadadaş Ağayev cinayət işi üzrə özünün məhkəməsinə qatılsa da, 2 saat sonra keçirilən mühafizəçinin müttəhim olduğu prosesdə iştirak etməmişdi. Vəkili Asim Abbasov bunu Ağadadaş Ağayevin səhhətində yaranan problemlə əlaqələndirmişdi.

Məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu demişdi. Bildirmişdi ki, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”. Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməmişdi. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Bu iş üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.

Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Bu iş üzrə Xalq artisti zərərçəkəndir. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Bu iş üzrə də Ağadadaş Ağayev qarşı tərəflə barışıq sazişi imzalayıb və məhkəməyə təqdim edib. Ağadadaş Ağayevə yekun olaraq xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri