Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Rusiyanı tərk edən məşhur müğənni, SSRİ Xalq artisti Alla Puqaçova eksklüziv hüquqlarını yeniləməsə, gələn ilin aprelində “Kristina” ticarət markasını itirmək riski ilə üzləşəcək.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Rospatent” elektron məlumat bazasında qeyd olunub.
Puqaçovanın qızı - müğənni və aktrisa Kristina Orbakaitenin adını daşıyan bu ticarət nişanı ilk dəfə 1997-ci ildə qeydiyyata alınıb. Müğənni əmtəə nişanının müddətini bir neçə dəfə uzadıb, sonuncu dəfə isə 2016-cı ildə qeydiyyat yenilənib. Onun qüvvədə qalma müddəti 25 aprel 2026-cı ilə qədərdir.
“Kristina” markası altında geyim və baş geyimləri istehsal edilə, eləcə də spirtli içkilər, tütün və digər məhsullar satıla bilər. Bundan başqa, şirkət səyahətlərin təşkili və təhsil xidmətləri göstərmək hüququna da malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















