Icma.az
close
up
RU
Xalq artistlərinin YARPAQ TÖKÜMÜ

Xalq artistlərinin YARPAQ TÖKÜMÜ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2025‑ci il Azərbaycan mədəniyyəti üçün ağrılı xatirələrlə doludur: bir neçə görkəmli sənətkar həyatla vidalaşıb. Onların hər biri yalnız səhnədə deyil, xalqın yaddaşında da dərin izlər qoymuşdu.
Modern.az saytının məlumatına görə, yola saldığımız ayları ərzində bir neçə Xalq artisti müxtəlif xəstəliklər səbəbin dünyasını dəyişib.
Onları bir daha xatırlayaq:
Görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib. O, 1978-ci ildə “Xalq artisti” fəxri adı ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.
İstedadlı kino aktyoru Ənvər Həsənov 16 mart 2025-ci il tarixində 75 yaşında vəfat edib. Ə.Həsənov "Uşaqlığın son gecəsi" filmindəki Murad obrazı ilə Azərbaycan tamaşaçılarının sevgisini qazanmışdı.
Tanınmış teatr və kino aktyoru Murad Yegizarov 13 sentyabr uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib. 86 yaşında həyatla vidalaşan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.
Milli muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 1 avqust 2025-ci ildə  87 yaşında vəfat edib. Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil edilib.
Bədii qiraət ustası, aktrisa Əminə Yusifqızı 9 oktyabr 2025-ci ildə vəfat edib. Təkrarsız səsə malik olan Əminə xanım bir çox filmlərdə müxtəlif obrazların səsləndirlməsində iştirak edib.
Məşhur tarzın Ramiz Quliyev 15 oktyabr 2025-ci ildə böyrək çatışmazlığından dünyasını dəyişib. O, musiqi mədəniyyətimizin, tar ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlər göstərib. R.Quliyev tarın virtuoz ifaçısı kimi Azərbaycan musiqi ifaçılığı sənətində parlaq iz qoyub. 
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri