Icma.az
close
up
RU
Xalq artistlərinin YARPAQ TÖKÜMÜ

Xalq artistlərinin YARPAQ TÖKÜMÜ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025‑ci il Azərbaycan mədəniyyəti üçün ağrılı xatirələrlə doludur: bir neçə görkəmli sənətkar həyatla vidalaşıb. Onların hər biri yalnız səhnədə deyil, xalqın yaddaşında da dərin izlər qoymuşdu.
Modern.az saytının məlumatına görə, 2025-ci ilin yola saldığımız ayları ərzində bir neçə Xalq artisti müxtəlif xəstəliklər səbəbilə dünyasını dəyişib.
Onları bir daha xatırlayaq:

Görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib. O, 1978-ci ildə “Xalq artisti” fəxri adı ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

İstedadlı kino aktyoru Ənvər Həsənov 16 mart 2025-ci il tarixində 75 yaşında vəfat edib. Ə.Həsənov "Uşaqlığın son gecəsi" filmindəki Murad obrazı ilə Azərbaycan tamaşaçılarının sevgisini qazanmışdı.

Tanınmış teatr və kino aktyoru Murad Yegizarov 13 sentyabr 2025-ci ildə uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib. 86 yaşında həyatla vidalaşan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.

Milli muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 1 avqust 2025-ci ildə  87 yaşında vəfat edib. Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil edilib.

Bədii qiraət ustası, aktrisa Əminə Yusifqızı 9 oktyabr 2025-ci ildə vəfat edib. Təkrarsız səsə malik olan Əminə xanım bir çox filmlərdə müxtəlif obrazların səsləndirilməsində iştirak edib.

Məşhur tarzən Ramiz Quliyev 15 oktyabr 2025-ci ildə böyrək çatışmazlığından dünyasını dəyişib. O, musiqi mədəniyyətimizin, tar ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlər göstərib. R.Quliyev tarın virtuoz ifaçısı kimi Azərbaycan musiqi ifaçılığı sənətində parlaq iz qoyub. 
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri