Icma.az
close
up
RU
Maskaların “yarpaq tökümü”

Maskaların “yarpaq tökümü”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskva–Bakı arasında “etimadsızlıq mühiti”ndən ən çox baiskarlar zərər görəcək 

Etiraf etməliyik ki, ruslar Qafqazı və qafqazlıları çox sevirlər. Dünya miqyasında tanınmış rus şairləri Qafqaza şeirlər, poemalar həsr ediblər. Amma bu ədəbi maskanı taxıb Cənuba tərəf boylanan məkrli siyasi baxışların yiyələrinin şairlərdən fərqli niyyətləri də olub. Həm də bu səbəbdəndir ki, Rusiya isteblişmenti hazırda bölgədəki geostrateji mövqelərinin zəifləməsinə, neçə əsr əvvəl qaladığı tonqalların sönməsinə heç cür yol vermək istəmir. 

Aşkar görünən odur ki, XXI əsrdə rus şovinizminin köhnə kodları yenidən aktiv fazaya keçib. Burada təəccüblü heç nə yoxdur. Çünki Rusiyada imperiya ruhu, velikorus şovinizmi heç vaxt arxa plana keçməyib. Sadəcə olaraq, bu şovinizm, “gəlmələrə” qarşı diskriminasiya halları indi kütləvi hal alıb və açıq şəkildə özünü büruzə verir. Əynində polis mundiri olsa da, əməlləri başıqırxıq skinhedlərdən seçilməyən güc strukturlarının əsas hədəfləri qafqazlılar və Mərkəzi asiyalılardır. “Qara siyahı”nın birinci qrafasında isə azərbaycanlıların adı gəlir. Soydaşlarımız bu ölkədə “yad”, “etibarsız”, “kriminala meyilli” və “daim nəzarət altında saxlanılmalı” kateqoriyalarına aid miqrantlar sayılırlar. Son günlər bu kontingentə qarşı törədilən qanunsuzluqlar, zorakılıq halları Kremlin illərlə maska altında gizlətdiyi “böyük Rusiya” mifinin əyani göstəricisi və canlı nəticəsidir. İstər Çar Rusiyasında, istərsə də Sovetlər Birliyində “mərkəzdənkənar xalqlar” ikinci kateqoriyadan sayılır, onlar daim şübhə altında olublar. İndi həmin şübhə açıq nişangaha çevrilib.

***

Ukraynaya qarşı müharibə səbəbindən Moskvanın sanksiyalar altında əzilməsi, daxildə dərin iqtisadi çətinliklər fonunda rejim kütlənin qəzəbini yönəltmək üçün “daxili düşmən” obrazı yaratmaq taktikasını seçib. Əslində, Kremlin bu avantürist taktikası qeyri-slavyanlara qarşı etnik ayrı-seçkilik deyil, dövlət tərəfindən təşkil və idarə olunan siyasi manevrdir. Səbəblər isə müxtəlifdir. Rəsmi Moskva nə Ermənistanın Qərbə meyillənməsini, nə də Azərbaycanın regionda müstəqil siyasət yürütməsini heç cür həzm edə bilir. Axı Rusiya Cənubi Qafqazı hər zaman özünün “nəzarət zonası”na daxil olan coğrafiya hesab edib. Amma indi bu coğrafiyada Bakının ənənəvi balanslı və müstəqil siyasəti, üstəlik, bölgədə gündən-günə artan rolu Moskvanı qane etmir. İndi, o, başqa mexanizmləri işə salıb. Hökumətyönlü mediada sistemli şəkildə irqçiliyin və şovinizmin təbliği və bu təmayülün dövlət səviyyəsində ört-basdır edilməsi təkcə beynəlxalq hüququn pozulması, ədalətsizlik deyil, həm də şovinizmin, irqçiliyin qanuniləşdirilməsidir.

Bəli, media Kremlin əlində irqçiliyin “ideoloji əsaslarını” formalaşdırmaqdan ötrü səmərəli alətdir. Məhz bu aspektə görə diqqətimizi bu istiqamətə fokuslamağı qərarlaşdırdıq. 

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Sputnik-Azərbaycan” agentliyinin iki əməkdaşı saxlanılıb. Rəsmi açıqlamaya görə, onlar Rusiya Federal Təhlükəsizlik Xidmətində çalışıblar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova olayla bağlı “Rusiya Bakıdakı rus diplomatların iki saatdan artıqdır ki, jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatdır” formasında emosional şərh verib. Bu o deməkdir ki, M.Zaxarova baş verənlərdən Rusiyanın möhkəm qəzəbləndiyi barədə açıqlaması ilə diplomatik havanı “silkələməyə” çalışıb. Şübhəsiz ki, onun ardınca Marqarita Simonyan, Vladimir Solovyov kimi media-təbliğatçıların, Pyotr Tolstoy, Konstantin Zatulin ranqlı siyasətçilərin moizələrini eşidiəcəyik. Amma Bakı bu saxta, maskalanmış dez-informasiyaya əhəmiyyət verməyəcək. 

Ən azı, ona görə ki, hələ Sovet İttifaqı dövründə jurnalistika tez-tez kəşfiyyat fəaliyyəti üçün “çətir” kimi istifadə olunurdu. Bu, xüsusilə DTK-nın Birinci Baş İdarəsinin xarici ezamiyyətlərə göndərilən əməkdaşlarına aid idi. “TASS” agentliyinin, “Pravda”, “İzvestiya”, “Literaturnaya qazeta” kimi nəşrlərin jurnalistləri çox vaxt xüsusi xidmətlərə işləməkdə şübhəli bilinirdilər. Keçmiş DTK general-mayoru Oleq Kaluqin “Birinci rəis” adlı xatirələrində yazırdı ki, xaricdəki bir çox sovet müxbirləri “təkcə dəftərlə deyil, həm də kəşfiyyatala” işləyirdilər. Onun sözlərinə görə, jurnalist peşəsi kəşfiyyat üçün ən əlverişli sayılırdı. Çünki onun statusu rəsmi şəkildə mənbələrlə əlaqə saxlamağa, tədbirlərdə iştirak etməyə və getdikləri ölkənin kəşfiyyat xidmətlərinin diqqətini çəkmədən daxildə hərəkət etməyə imkan verirdi.

***

“Rusiya Bakı ilə birbaşa əlaqələr zamanı Azərbaycanda saxlanılan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının azad edilməsinə nail olmağı planlaşdırır”. Rusiya KİV-lərinin məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Ümid edirik ki, ən yaxın zamanda Azərbaycan tərəfi ilə birbaşa əlaqələr zamanı onların azad edilməsinə nail ola biləcəyik”. Bu zaman, o, Bakı ilə birbaşa əlaqələrin nə zaman və hansı şərtlər daxilində baş tutacağı barədə heç nə deməyib. 

Yeri gəlmişkən, 2019-cu ildə Hollandiya DİN “Rusiya Seqodnya” və “Sputnik”-də çalışan bir neçə rusiyalı “jurnalist”i ölkədən çıxarıb. Bu ölkənin xüsusi xidmət orqanları onların Rusiya hərbi kəşfiyyatının zabitləri olduğunu üzə çıxarıblar. Çexiya, Norveç, Almaniya, ABŞ, Kanada və digər ölkələrin müvafiq qurumları da, faktiki olaraq, Rusiya xüsusi xidmət orqanlarına bağlı olan “jurnalistlər” barədə dəfələrlə məlumat yayıblar. Bunlar danılmaz faktlardır.

Məlumdur ki, 2014-cü ildə “Russia Today2 holdinqinin tərkibində yaradılan “Sputnik” xəbər agentliyi əvvəldən Kremlin təbliğatının ruporu rolunda çıxış edib. Yəni, bu media qurumunun vəzifəsi təkcə “məlumat vermək” deyil, xaricdə Kremlyönlü rəvayətləri yaymaq olub. 2017-ci ildə Fransa “Sputnik” və “RT”-nin Emmanuel Makronun baş qərargahında keçirilən tədbirlər üçün akkreditasiyasını ləğv etdi. Yelisey sarayı qərarını belə izah etdi ki, onlar “media deyil, ictimai rəyə təsir və təbliğat orqanlarıdır”.

Bundan başqa, ABŞ, Böyük Britaniya və Baltikyanı ölkələrdə də “Sputnik” rəsmən xarici agent kimi tanınır. Onun fəaliyyəti hibrid müharibənin bir hissəsi hesab olunur və işçiləri potensial kəşfiyyat agentləridir. NATO-nun “StratCom” Mərkəzinin analitikləri 2020-ci ildə qeyd ediblər ki, “Sputnik”-in FTX və Baş İdarə də daxil olmaqla, Rusiya kəşfiyyat xidmətləri tərəfindən təşkil edilən informasiya əməliyyatları ilə birbaşa əlaqəsi var.

***

Göründüyü kimi, jurnalistlərdən kəşfiyyat və “yumşaq güc” aləti kimi istifadə etmək SSRİ DTK-sı dövründən qalma qədim təcrübədir. Ona görə də Azərbaycan DİN-in “Sputnik” agentliyinin ölkəmizdəki nümayəndələrinə qarşı hərəkətləri, etiraf etmək lazımdır ki, gecikmiş olsa da, tamamilə qanunidir.

Rusiyada siyasi gündəmə gətirilən “Maski-şou”nun bir əlaməti də onun təşkilatçılarının maskalarının yırtılmağa başlamasıdır. Bundan ciddi narahat olan Kremldəki yetkililər azərbaycanlılara qarşı artan şiddət və ayrı-seçkilik fonunda sistemli və məqsədli şəkildə yeni siyasi taktikanı işə salıblar. Rəsmi Moskva bunu qızışdırdığı daxili ictimai qəzəbi istədiyi “ünvana” yönəltmək üçün deyil, həm də Azərbaycan dövlətinə dolayı təzyiq vasitəsi kimi istifadə etməyi düşünür. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın “strateji tərəfdaşlıq”, “mədəni yaxınlıq", yaxud “ticari əməkdaşlıq” maskalarına aldanmaq olmaz.

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

– Şimal qonşumuzda imperiyapərəst əhval-ruhiyyə gücləndikcə keçmiş çar Rusiyasının, eləcə də Sovetlər biriliyinin tərkibində olmuş, hazırda müstəqil dövlətlərə çevrilmiş respublikaların müstəqilliklərini qəbul etməyə çətinlik çəkirlər. Kreml bu dövlətlərə qarşı müxtəlif xarakterli təzyiqlərdən istifadə etməyə çalışır. Azərbaycan 30 ildən çoxdur ki, həm nəqliyyat şəbəkəsi, həm bütövlükdə iqtisadiyyatı, həm ordusu, həm təhlükəsizlik sistemi, həm də diplomatik əlaqələri ilə müstəqilliyini möhkəmləndirir. Amma Rusiya bunu qəbul etmək istəmir. Mos-
kva məhz buna görə Azərbaycana çeşidli təzyiqlərini artlıqmaq xəttini tutub. Onun son günlər müşahidə etdiyimiz tamamilə qanunsuz, cılız addımları atmaqdan başqa heç nəyə gücü qalmayıb. Aydın məsələdir ki, Azərbaycan özünü Rusiyanın düşməninə çevirməyə ehtiyac duymur. İntəhası, Bakı Kremlin məsələlərə bu şəkildə yanaşmasını heç vaxt qəbul etməyib, bundan sonra da etməyəcək. Nəticə ondan ibarət olacaq ki, Azərbaycan Rusiya ilə müttəfiqlik münasibətlərini minimuma endirəcək. 

Axı Moskvanın planlarına Azərbaycan vasitəsilə İrana, körfəzə çıxış əldə etmək daxil idi. Ortada etimadsızlıq mühiti yarananda isə, təbii ki, böyük layihələrin gerçəkləşməsindən söhbət gedə bilməz. İndiki reallıq nəinki Rusiya ilə əməkdaşlığı, əksinə, onunla məsafə saxlanılmasını diktə edir. Azərbaycan üçün əsas məsələ Şimaldan gələn bütün təhlükələri neytrallaşdırmaqdır.

İmran BƏDİRXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri