Icma.az
close
up
RU
Xalq Bank 2025 ci ilin yekunlarını açıqladı

Xalq Bank 2025 ci ilin yekunlarını açıqladı

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Ölkənin aparıcı banklarından olan Xalq Bank 2025-ci ili 61 milyon manat mənfəətlə başa vurub.

Bankın yaydığı press-relizdə bildirilir ki, il ərzində əsas maliyyə göstəricilərində artım nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 4% artaraq hesabat dövrünün sonuna 3 milyard 184 milyon manat təşkil etmişdir. Kredit portfelinin həcmi 1 milyard 912 milyon manat təşkil etmiş, depozit portfelinin həcmi 2024-cü ilin sonu ilə müqayisədə 7% artaraq 2 milyard 97 milyon manat təşkil etmişdir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bankın cəmi kapitalı artaraq 542.5 milyon manata çatmışdır ki, bu da 2024-cü ilin analoji dövrünün sonu ilə müqayisədə 6% çoxdur. 2025-ci ilin sonuna Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artaraq 228,6 milyon manata, qeyri-faiz gəlirləri isə 22 % artaraq 52,3 milyon manata yüksəlib.

2025-ci ildə Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib. Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.

2025-ci il ərzində Bank maliyyə dayanıqlığının gücləndirilməsi, kapital bazarlarına çıxışın genişləndirilməsi və sosial-mədəni təşəbbüslər üzrə fəaliyyətini genişləndirmişdir.

Xalq Bank ölkədə investisiya xidmətləri üzrə lisenziya alan ilk bank olaraq kapital bazarlarında iştirakını genişləndirmiş, Milli Depozit Mərkəzinə və Bakı Fond Birjasına üzv olmaqla qiymətli kağızların emissiyası və dövriyyəsində birbaşa iştirak edən aparıcı maliyyə institutlarından birinə çevrilmişdir. 2025-ci ilin dekabr ayında Xalq Bank istiqraz buraxılışını həyata keçirərək investorlar üçün yeni investisiya imkanları yaratmışdır.

Eyni zamanda, Bank 2025-ci ildə nizamnamə kapitalını 446.6 milyon manata artırmaqla özünün maliyyə dayanıqlığını möhkəmləndirmişdir.

Xalq Bank 2025-ci ildə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini genişləndirmiş, törəmə maliyyə alətləri üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə Xalq Bank və “Commerzbank AG” arasında beynəlxalq təcrübəyə əsaslanan və bazar üçün mühüm əhəmiyyət daşıyan ISDA razılaşması əldə edilmişdir.

2025-ci ildə XalqOnline internet və mobil bankçılıq sistemində SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası bank əməliyyatlarının daha təhlükəsiz, sürətli və rahat həyata keçirilməsinə imkan yaratmış, müştərilərin məsafədən bankçılıq xidmətlərinə çıxışını daha da genişləndirmişdir.

Ötən il ərzində sosial-mədəni təşəbbüslər çərçivəsində Xalq Bankın “Xalq Əmanəti” layihəsi üzrə 2 nəşri təqdim edilmişdir. Layihənin 25-ci buraxılışı Güney Azərbaycan poeziyasına, 26-cı nəşri isə Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii alboma həsr olunmuşdur. Bu kitablar layihə çərçivəsində nəşr olunmuş digər nüsxələr kimi milli-mədəni irsin qorunmasına töhfə vermişdir.

2025-ci ildə Xalq Bank idman və ictimai tərəfdaşlıqlar üzrə fəaliyyətini genişləndirmiş, Azərbaycan Boks Federasiyasına üzv olaraq sağlam həyat tərzinin təşviqi və idman infrastrukturunun inkişafına dəstəyini nümayiş etdirmişdir. Həmçinin Bank gənc istedadların inkişafını dəstəkləyərək 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə Bakıda keçirilmiş 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) dünya finalının tərəfdaşı kimi çıxış etmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:353
embedMənbə:https://marja.az
archiveBu xəbər 14 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri