Icma.az
close
up
RU
Xalq iqtidar birliyi milli həmrəyliyin bariz nümunəsidir

Xalq iqtidar birliyi milli həmrəyliyin bariz nümunəsidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

21 noyabrda ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü tamam olur. Bu partiyanın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin çalarlarını özündə birləşdirməyi bacarmışdır.

Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. YAP fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü, onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının xalq arasındakı nüfuzunu getdikcə artırdı. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətindən biri də odur ki, Ulu Öndər zəngin idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan yararlanması üçün geniş imkanlar açmışdır. Ulu Öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsi ilə xalqı düzgün yola istiqamətləndirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərə sonsuz inamı olan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış cənab İlham Əliyevi özünə Lider seçdi. Cənab İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri Azərbaycan xalqının parlaq gələcəyinə xidmət edir. Yeni Azərbaycan Partiyasının proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata olan yüksək etimadını göstərir. Bu gün böyük qürur hissi duyuruq ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Yeni Azərbaycan Partiyası 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında qarşıya yeni hədəflər və vəzifələr qoyulmuşdur. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
Cənab İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də regionun ən güclü siyasi təşkilatına çevrilmişdir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 33 il ərzində bütün potensialını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atmışdır. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz YAP-ın iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirməsi, müdrik siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandı. Müzəffər Ordumuzun 44 gün ərzində icra etdiyi “Dəmir yumruq” əməliyyatı dogma yurd həsrəti çəkən məcburi köçkünlərin 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüz tam təmin edildi. Bu Qələbə, eyni zamanda, regionda sülhün bərqərar olmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və yeni iqtisadi imkanların yaranmasına da zəmin yaratdı. Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi.
Beləliklə, zaman göstərdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Dövlətimizin başçısının siyasi iradəsi sayəsində bu gün müstəqil Azərbaycan möhtəşəm, parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə daha böyük zəfərlər əldə edəcəkdir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri