Icma.az
close
up
RU
Xalq iqtidar birliyi sarsılmaz təməllərə söykənir

Xalq iqtidar birliyi sarsılmaz təməllərə söykənir

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının XIII konfransı keçirilib. SİA xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev hesabat məruzəsi ilə çıxış edib. O, YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan, partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir. Bildirilib ki, YAP Xətai rayon təşkilatı da öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinə uyğun şəkildə quraraq qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edib.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Yeni Azərbaycan Partiyasının siyasi sistemin aparıcı qüvvəsi olduğunu vurğulayaraq bildirib ki, rayonun ictimai həyatında partiya üzvlərinin fəal iştirakı, vətəndaşlarla mütəmadi əlaqələrin qurulması və sosial təşəbbüslərin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. O, qarşıdakı dövrdə də bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında Yeni Azərbaycan Partiyasının zəngin siyasi ənənələrinin qorunmasının önəmini vurğulayıb. O, partiya veteranlarının təcrübəsindən səmərəli istifadə edilməsinin, onların bilik və tövsiyələrinin gənclərlə bölüşülməsinin gələcək fəaliyyət baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Heydər Əliyev ideyalarını yaşadan Yeni Azərbaycan Partiyasının ümumxalq etimadını doğrultduğunu bildirib. O, YAP Xətai rayon təşkilatının gələcək fəaliyyətində yeni təşəbbüslərin və layihələrin həyata keçirilməsinin vacibliyini söyləyib.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə çıxışında gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsinin, onların bilik və bacarıqlarının cəmiyyətin inkişafına yönəldilməsinin vacibliyini bildirib. E.Qasımov, həmçinin gənclər arasında fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında partiyanın xüsusi rolunu qeyd edib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında qadınların və gənclərin ictimai-siyasi fəallığının artırılmasının, onların partiya fəaliyyətində daha geniş iştirakının önəmini vurğulayıb. O bildirib ki, qadınların və gənclərin təşəbbüslərinin dəstəklənməsi ictimai fəaliyyətin daha da canlanmasına və yeni ideyaların formalaşmasına imkan yaradır.

Daha sonra “SOCAR Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov və Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyi bildirilib.

Konfransda YAP Xətai rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir

Siyasət

Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir

Siyasət

“Uyğunluq bazarı üçün sistemimizi beynəlxalq standartlara uyğunlaşdırmalıyıq” -RƏNA HÜMBƏTOVA

Siyasət

Yaşıl enerjinin əsas şərti onun bərpa olunan mənbələrdən əldə edilməsinin təsdiqidir -ORXAN ZEYNALOV

Siyasət

2032-ci ilədək quruda və dənizdə 8 GVt-a yaxın yaşıl enerji gücü yaradılacaq -ORXAN ZEYNALOV

Siyasət

Sürət və zəriflik...

Siyasət

Yeni sülh təklifləri... - BAXIŞ BUCAĞI

Siyasət

“Dekarbonizasiya karbon emissiyalarını azaldaraq planetin ekoloji vəziyyətini yaxşılaşdırır” -ELNUR MUSTAFAYEV

Siyasət

Yeni kapital mənbələrinin cəlb edilməsi yollarını da tapmalıyıq -AYGÜN HƏSƏNOVA

Siyasət

“SOCAR-la görülən işlər qarşıdakı fəaliyyətlərin yalnız başlanğıcıdır” -LOLA ODUNSİ

Siyasət

İlk fəaliyyətimizə İraqda, cəmi altı obyekt üzrə başladıq -LOLA ODUNSİ

Siyasət

“Neft Daşlarında 1 000-dən çox sızmanı müəyyən edərək onların qarşısını uğurla almışıq” -MUSTAFA QURBANLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Sentyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri