Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Uğurlarımızın təməlində xalq iqtidar birliyi dayanır

Uğurlarımızın təməlində xalq iqtidar birliyi dayanır

Icma.az bildirir, Sia Az portalına istinadən.

TƏHLİL

Avqustun 8-də Vaşinqitonda baş tutan yüksək səviyyəli görüş və imzalanan çox əhəmiyyətli sənədlər Azərbaycanın gücünə yeni güc qatdı. Həm də bu görüş Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmiş oldu. Artıq bölgədə müxtəlif pozucu, təxribatçı qüvvələrə yer olmayacaq və region sabitlik adasına çevriləcək. Haqlı olaraq mövcud vəziyyətin dəyişməsinin əsas müəllifinin Azərbaycan olduğu qeyd olunur. Bildirilir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın 30 illik erməni işğalına son qoyması regionda yeni reallıqlar yaratdı. Bu baxımdan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Fəxr edirik ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi.

Bu bir reallıqdır ki, parlaq hərbi qələbəyə qədər çox gözləməli olduq. Xalq səbirsiz olsa da, hakimiyyət təmkinini qoruyub saxlaya bildi. Çünki dövlət başçısı nəyi, neçə və nə zaman etməyi çox yaxşı bilirdi.

Təəssüflər olsun ki, atəşkəs dövründə belə Ermənistanın təxribatları nəticəsində onlarla insanımız şəhidlik zirvəsinə yüksəldi. Ötən əsrin 90-cı illərində Ermənistan xarici havadarlarının hərbi, siyasi, maliyyə dəstəyi ilə Azərbaycanın 20 faiz torpaqlarımız işğal edildi və 1 milyona yaxın insanı ev - eşiyindən didərgin salındı. 30 ilə yaxın atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən 4 qətnamə qəbul etsə də Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. Müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə danışıqlar aparılsa da bu danışıqlar nəticəsiz qaldı. Çünki Ermənistanın arxasında böyük güclər dayandığından iddialı idi, beynəlxalq təşkilatların qətnamələrini icra etmək istəmirdi. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu.

Qisas qiyamətə qalmadı

Vaxtın yetişdiyi məqamda qisas günü başladı. 2020-ci il sentyabrın 27 - də Xalq-Hakimiyyət-Ordu bir araya gəlib, yağı düşmənə qarşı mübarizəyə başladı. Bu möhkəm əsaslara söykənən birlik nəticəsində cəmi 4 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi silah sursatı, texnikası sıradan çıxarıldı. 44 günlük Vətən Müharibəsi ilə Ermənistan dövlət müstəqilliyini tamamilə itirmək dilemması qarşısında qaldı. Lakin yenə də himayədarları son məqamda Ermənistanın dadına çatıb, məhv olmaqdan xilas etdi.

Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbə uzun əsrlər hərb tarixində mövcudluğunu qoruyub, saxlayacaq. Xarici ölkələrin hər bir döyüşən əsgər və zabitləri Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin sirlərini öyrənməyə çalışacaqlar. Bu böyük qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Həm də Azərbaycan hərb meydanında düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.

Döyüş meydanında qazanılan qələbə siyasi müstəvidə də əldə olundu

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qısa müddətdə qələbənin əldə olunması ilə bağlı demişdir : “Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Söz yox ki, parlaq hərbi, siyasi, diplomatik qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da Şuşanın azad edilməsi ilə düşmənə ən böyük sarsıdıcı zərbəni vurmuş olduq. Birmənalı şəkil də demək olar ki, 8 noyabr 2020-ci il də Şuşanın azad edilməsi ilə Qarabağımız qovuşduq. Bu Böyük Qələbə ilə Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan diz çöküb, ağ bayraq qaldırmağa məcbur oldu. Bu baxımdan həm də, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

Haqqımız olan qələbə qazanıldı

Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş torpaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Qürurverici məqamlardan biri də ondan ibarət idi ki, müharibənin ilk günüdən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyub Ərdoğan Qələbə Paradında da Azərbaycanla birlikdə oldu.

Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlərdə ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Paradında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

Əminliklə demək olar ki, qələbələrimiz və uğurlarımız hələ qabaqdadır. Avqustun 8-də Vaşinqitonda baş tutan üç tərəfli görüş və imzalanan sənədlər, yayılan Birgə Bəyannamə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Tramp yolu da ( Zəngəzur dəhliz) açılacaq. Bununla da Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqə təmin olunacaq. Bu olmalı idi. Çünki Prezidentimiz, Fateh Sərkərdə dəfələrlə çıxışlarında bildirmişdir ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Budur artıq deyilən fikir reallaşır. Bu yer də Ali Baş Komandan, Prezident İlham Əliyevin dillər əzbəri olan tarixi fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Avqust 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri