Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı, Rəsul Rzanın oğlu Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qələm adamları Xalq şairi Rəsul Rzanın məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini anıblar.
Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov Rəsul Rzanın ədəbiyyat, mənəviyyat və ictimai fikir tariximizdəki mühüm xidmətlərindən bəhs edib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, qocaman şair Yusif Həsənbəy Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb.
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs Rəsul Rza irsinin Azərbaycan poeziyasının inkişafındakı təsir gücü haqqında danışıb.
Sonda şairin oğlu, Xalq yazıçısı Anar atasının xatirəsini anan, məzarını ziyarətə gələn bütün iştirakçılara minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















