Icma.az
close
up
RU
Bakıda Xalq şairi Rəsul Rzanın ev muzeyi açılıb

Bakıda Xalq şairi Rəsul Rzanın ev muzeyi açılıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Mayın 31-də Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, tədbirdə əvvəlcə Rəsul Rzanın ifasında lentə alınan arxiv materialı - “Dünyanın dərdi” şeiri səsləndirilib.

Mərasimdə çıxış edən Xalq yazıçısı Anar Rzayev muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, Rəsul Rzanın həyat və yaradıcılığından söhbət açıb.

Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin xalqın mədəni yaddaşının qorunmasında oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə qoyulub, 2023-cü ildə rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin istifadəsinə verilib. Qeyd olunub ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi isə 2004-cü ildə yaradılıb.

“Bu ev-muzeyi böyük sənətkarın irsini gələcək nəsillərə daha dolğun şəkildə çatdıracaq. Rəsul Rzanın və həyat yoldaşı, tanınmış şairə Nigar Rəfibəylinin xatirələri bu münasibətlə bir daha yad edilib. Hər bir eksponatda onların nəfəsini duymaq mümkündür. Bizim üçün qürurvericidir ki, Xalq yazıçısı Anarın təqdimatında Rəsul Rzanın həyat yolunun incəliklərinə səyahət etdik”, - deyə A.Kərimli əlavə edib.

Xalq artisti, diplomat Polad Bülbüloğlu Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb. O, illər əvvəl Rəsul Rzanın sözlərinə bəstələdiyi mahnını xatırladaraq, bu evin onun üçün nostalji duyğular doğurduğunu bildirib. Polad Bülbüloğlu söyləyib ki, Azərbaycanın görkəmli sənətkarlarının xatirəsinin yaşadılması dövlət siyasətinin əvəzsiz hissəsinə çevrilib.

Xalq şairi Sabir Rüstəmxanlı ev-muzeyinin açılmasının Azərbaycan ədəbi-mədəni həyatında mühüm mərhələ olduğunu deyib: “Rəsul Rzanın yaradıcılığı dünya poeziyasında yeni nəfəs, yeni istiqamət olub və onun irsi hələ uzun illər ədəbiyyatımıza yol göstərəcək”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Rəsul Rzanın yalnız şair kimi deyil, bütöv bir mənəviyyat məktəbi yaradan şəxsiyyət kimi önəmini qeyd edib. O, “Pəncərəmi açdım sabaha” şeirini xatırladaraq, evin memarlıq quruluşunun da bu şeirlə ahəng təşkil etdiyini diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu Xalq yazıçısının ədəbiyyatdakı yenilikçi təfəkkürünü, klassik mövzulara yeni yanaşmalar gətirməsini xüsusi vurğulayaraq deyib: “Rəsul Rzanın mədəniyyətin digər sahələrində - kino və musiqidə də böyük xidmətləri olub. Onun təşəbbüsü və dəstəyi ilə yeni filmlər çəkilib, simfonik orkestr yaradılıb”.

Rəsul Rzanın ailə üzvləri sevinc və qürur hisslərini ifadə ediblər. Anar Rzayevin həyat yoldaşı Zenfira Səfirovanın təşəkkür məktubu nəvəsi tərəfindən oxunub.

Tədbir bədii hissə ilə davam edib. Xalq artisti Samir Cəfərov Rəsul Rzanın sözlərinə bəstələnmiş “Sənə də qalmaz”, Əməkdar artist Ramil Qasımov “Qızıl üzük” mahnılarını, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi isə şairin “Çinar” adlı şeirini səsləndirib.

Sonda qonaqlar ev-muzeyi ilə yaxından tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 İyun 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri