Icma.az
close
up
RU
Bu gün Xalq Şairi Rəsul Rzanın doğum günüdür

Bu gün Xalq Şairi Rəsul Rzanın doğum günüdür

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 may, AZƏRTAC

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.

İkinci Dünya müharibəsi illərində AzTAq-ın (indiki AZƏRTAC-ın) hərbi müxbiri kimi Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeirlər kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk toplular, “Vəfa” pyesi və s. dillər əzbəri idi.

Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.

Görkəmli poeziya ustasının “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.

Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.

Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.

Cismani yoxluğundan 44 il ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.

Qanadlı misraları bu günümüzə körpü salan Rəsul Rza poeziyası ədəbiyyat tariximizdə əbədi yeri olan qollu-budaqlı çinar kimidir. Yaşıl çətiri ilə poeziyasevərlərin ürəyinə sərinlik, könlünə xoş duyğular gətirən bu çinar ağacının müasir nəsr tariximizdə öz yeri olan yazıçı Anar kimi qol-budağı, gənc və istedadlı qələm sahibi Günel Anarqızı kimi pöhrəsi var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see205

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see202

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see176

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see164

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see140

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see130

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see127

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see125

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see124

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see124

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see123

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see123

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see123

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see123

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see118

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see117

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see117

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri