Xalq yazıçısı Anar Oljas Süleymenovla görüşüb
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın görkəmli yazıçısı, şair, ictimai-siyasi xadim Oljas Süleymenovun 90 illik yubileyi münasibətilə Beynəlxalq Forum keçirilib.
525.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən forumda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, sədrin baş müşaviri Rauf Aslanov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu iştirak ediblər.
Forumda çıxış edən Xalq yazıçısı Anar Oljas Süleymenovla dostluq münasibətlərindən, Azərbaycan xalqının ona olan sevgisindən, Bəxtiyar Vahabzadənin zəngi ilə Oljas Süleymenovun qanlı Yanvar hadisələri zamanı xəstə ola-ola Bakıya gələrək xaqlımızın dərdinə şərik olmasından və rejimə qarşı kəskin bəyanatla çıxış etməsindən danışıb.
Oljas Süleymenov tədbirə onlayn formatda qatılıb.
Həmin gün Xalq yazıçısı Anar görkəmli yazıçını xəstəxanada ziyarət edib. Səmimi görüşdə iki dost keçmiş günləri yada salaraq maraqlı hadisələri xatırlayıblar. Xalq yazıçısı Anar Oljas Süleymanova şəfa diləyib, xoş arzularını ifadə edib.
Baxış sayı:96
Bu xəbər 01 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















