Icma.az
close
up
RU
525ci qəzet İlyas Əfəndiyev haqqında yeni monoqrafiya

525ci qəzet İlyas Əfəndiyev haqqında yeni monoqrafiya

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

XX əsr Azərbaycan ədəbiyyatı klassiki İlyas Əfəndiyevin yaradıcılığı daima oxucuların da, elmi ictimaiyyətin, ədəbi tənqidin də diqqət mərkəzində olmuşdur. Xalq yazıçısı bədii əsərlərinin əsas qismini sovet dönəmində yazmışdır, ancaq hakim ideologiyaya yox, ədəbiyyata xidmət etdiyi üçün onun romanları və povestləri, pyesləri və hekayəlari bu gün də nəşr olunur, tamaşaya qoyulur.

Vaxtı ilə böyük şairimiz Səməd Vurğun yazırdı: “İlyas Əfəndiyev əməkçilərin zəhmətini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onları parlaq və real boyalarla göstərir”.

İlyas Əfəndiyevin əsərləri bir cümləsinə də toxunulmadan müstəqil Azərbaycanın oxcularına, tamaşaçılarına təqdim edilir. Ədibin yaradıcılığı haqqında məqalələr yazılır, kitablar nəşr olunur.

Tədqiqatçı Qənirə Əmiraslanova “İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik” adlı monoqrafiyasını (“Elm və təhsil”, 2024) Xalq yazıçısının anadan olmasının 110 illiyinə həsr etmişdir. İri həcmli tədqiqat əsərinin elmi redaktoru və ön söz müəllifi professor Təyyar Salamoğlu “Qənirə Əmiraslanovanın analitik elmi düşüncə imkanlarını önə çəkərək” yazır ki, “monoqrafiya müəllifi həm roman və povestlərində, həm də dramaturgiyasında mənəvi-əxlaqi problemlərin bədii ifadəsinə, məhəbbət süjetlərinə ayrılan yeri doğru olaraq tarixi şəraitlə biləvasitə əlaqələndirir.

Bu istiqamətdəki əsərləri 1950-ci illərin ortalarından sonra ədəbiyyatımızda formalaşan yeni keyfiyyət mərhələsinin səciyyəvi əlamətlərini özündə daşıyan yaradıcılıq faktları kimi dəyərləndirir”.

Monoqrafiyada böyük ədibin yaradıcılığı ilk hekayəsindən son əsərinəcən tədqiq edilmiş və İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu yüksək qiymətləndirilmişdir.

Monoqrafiyanın rəyçiləri professor Sara Osmanlı və dosent Razim Məmmədovdur.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri