“Xalqımızdan bu nəticəyə görə üzr istəyirik” Mahir Emreli
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Zəif təsir bağışladıq deyə bilmərəm. Oyun baxımından danışırıqsa, ilk dəqiqələrdən sona kimi dominant tərəf biz idik”.
525.az xəbər verir ki, bu sözləri milli komandamızın hücumçusu Mahir Emreli Millətlər Liqasının D Liqasında Bakıda Lixtenşteynlə heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, 0:0-lıq bərabərliyi belə şərh edib: “Dayanmadan hücumlar edirdik. Bilmirəm qapıya neçə zərbə endirdik. Amma sonluq alınmırdı. Ustalıq çatmırdı deyim, ya nəyə bağlayım bunu... Hər halda sonda nəticə yadda qalır. İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq. Xalqımızdan bu nəticəyə görə üzr istəyirik”.
Matç başa çatdıqdan sonra uzun müddət Lixtenşteyn millisinin futbolçularının sevinci, səs-küyü Tofiq Bərhamov adına Respublika stadionunun dəhlizində eşidilirdi. Emreli bu məqama belə münasibət bildirib: “Qıcıqlandırır insanı... Başa düşürsən ki, rəqib heç-heçəyə də qane olur. Sizinlə danışa-danışa qaçırdığımız epizodlar gözümün önündən keçir... Komandamız hazırda yaxşı durumda deyil. Lakin tez toparlanıb növbəti matça hazırlaşmalıyıq”.
29 yaşlı futbolçu fasilədə məşqçilər korpusunun verdiyi tapşırıqlardan da söz açıb: “İlk hissədə çalışırdıq yerlə ötürmələrlə rəqibin cərimə meydançasına daxil olaq. Lakin fasilədə Ayxan müəllim bizdən cərimə meydançasına asmalar etməyi və zərbələr endirməyi istədi. Divar ötürmələri ilə rəqibin müdafiəçisini yarmaq istəyirdik. Bilirdik ki, rəqib müdafiəyə oturacaq”.
“Millinin oyunlarına onsuz da azarkeş az gəlirdi. Demək olar ki, bu heç-heçədən sonra komandaya olan inam daha da azaldı?” sualını Emreli belə cavablandırıb: “Hər bir azarkeşdən bu nəticəyə üzr istəyirik. Bunu biz eləmişik. İstər futbolçular, istər məşqçilər bu barədə düşünür. Bu vəziyyəti düzəltmək də öz əlimizdədir. Çalışmalıyıq ki, heç olmasa, milliyə olan inamı qaytaraq”.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Oktyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















