Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

“Xalqın lal kar düşmənləri” Stalin 34 günahsız əlili niyə edam etdirib?

“Xalqın lal kar düşmənləri” Stalin 34 günahsız əlili niyə edam etdirib?

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İosif Stalinin SSRİ-yə rəhbərlik etdiyi dövrdə repressiyalar “plan”a uyğun aparılıb. Hətta əlil insanlar da “casus” elan edilərək güllələnib. Leninqradda baş verən hadisə kimi. SSRİ Xalq Daxili İşlər Komissarlığının müstəntiqləri 34 əlili guya terror aktları törətmək istəyən 3-cü reyx qrupunun təşkilatçıları və üzvləri olmaqda ittiham edib. Onların çoxu güllələnib, bəziləri isə tikanlı məftillər arxasına göndərilib.
Ümumiyyətlə, SSRİ-də əlillər sözün əsl mənasında insan sayılmayıb və sistemin xalqa vəd etdiyi hər şey onlar üçün keçərli olmayıb. Təkcə 1933-cü ilin yazında Qərbi Sibirə 39 minə yaxın insan sürgün edilib. Onların arasında əhəmiyyətli sayda əlillər də olub. II dünya müharibəsi illərində isə 4 milyona yaxın sovet vətəndaşı xəsarət və xəstəlik səbəbindən tərxis olunub, onlardan 2,6 milyona yaxını müharibə əlili olub. Döyüşlərdə iştirak edən 450-500 minə yaxını insan isə əzalarını itirib.

Sovet dövləti əmək qabiliyyətini qismən itirmiş insanların reabilitasiyası və ictimailəşməsi ilə bağlı yalnız kağız üzərində işlər görüb. Reallıqda SSRİ-də əlillərin vəziyyəti ruhi xəstələrin və ya məhbusların vəziyyətindən az fərqlənib. Artıq 1950-ci illərdə hakimiyyət II dünya müharibəsində əlil olan şəxslərdən mədəni formada qurtulmağa başlayıb, onları ixtisaslaşmış sanatoriyalara aparıb. Onlardan ən məşhuru Valaam adasında yerləşib. Təbii ki, müharibədən sonra bir çox əlillərin heç bir qohumu sağ qalmamışdı və sanatoriyalar, ixtisaslaşdırılmış müəssisələr onların kömək ala biləcəyi yeganə yer olub.

Pula görə dostlarını satıb

Leninqrad işi ilə bağlı istintaq gözdən əlil və eşitmə qabiliyyəti olmayanların ictimai yerlərdə və vağzallarda açıqcalar satması ilə başlayıb. Milisə ərizəni Leninqradın karlar cəmiyyətinin rəhbəri, açıqca satan əllilərin dostu Erik Totmyanin yazıb. Ehtimal edilib ki, əlillər qazanclarını onunla bölüşməyiblər və buna görə də o, komissarlıqla əlaqə saxlamaq qərarına gəlib. Məktubunda o, fotoşəkillərin və açıqcaların əksinqilabi təbliğat olduğunu bildirib. İşin araşdırılması möhtəkirlik və sosialist dövlətindən əmlak oğurluğu ilə məşğul olan milis idarəsinə həvalə edilib.

Ayaqqabı fabrikində axtarış zamanı gözdən əlil olanların birinin əlində Hitleri əks etdirən beş fotoşəkil tapılıb. Halbuki həmin şəkilləri saxlanılan şəxs təsadüfən əldə edib. Sonradan məlum olub ki, Albert Blum Almaniyadan olan qonşusundan mütəmadi olaraq üzərində Hitlerin şəklinin olduğu siqaret qutusu alıb. Qutuların üzərindəki fotoları isə satmaq məqsədi ilə kəsib. Sorğuda o, füreri tanımasa da, verilən işgəncələrdən sonra hər şeyi “etiraf” edib.

Blum Smolnıda və Qırmızı meydanda “xalqın lideri”ni öldürmək və təxribat törətməyi planlaşdıran, karlar arasında terror qruplaşması təşkil edən gestapo casusu elan edilib. Leninqrad cəmiyyətindən onlarla əlil həbs olunub. Onlar xüsusi tərcüməçilər vasitəsilə dindirilib.

Gözdən əlil və eşitmə qabiliyyəti olmayanlar irəli sürülən saxta ittihamlar qarşısında aciz qalıblar. Komissarlığın əməkdaşları əlillərin ifadəsinə məhəl qoymayıblar və məhkəmədə cəza almaları üçün lazım olan sözləri protokola yazıblar. Nəticədə işgəncələr və sənədlərin saxtalaşdırılması yolu ilə Stalini öldürmək istəyən “terrorçu”lar müəyyən edilib. “Dəstə”nin digər üzvlərinə qarşı müxtəlif növ təxribatlarda və düşmən təbliğatı məqsədilə Hitlerin fotoşəkillərini yaymaqla bağlı ittihamı irəli sürülüb.

1939-cu ildə Totmyanin özü də də daxil olmaqla 34 nəfər güllələnib. Belə bir versiya da var ki, o, öz donosunu sonradan bu işi xüsusi olaraq icad edən komissarlığın əməkdaşlarının təzyiqi ilə yazıb. İyirmi nəfər əlil uzun müddətə düşərgələrə göndərilib.
Saxta işə görə cəzalandırılan müstəntiqlər

“Lal-kar” işi üzrə istintaqa rəhbərlik edən Yan Krauze sənədləri saxtalaşdırdığına, işində kobud fiziki güc və sui-istifadəyə görə bir il sonra ölüm cəzasına məhkum edilib. O, 1940-ci ildə fiziki qüsurlu insanların güllələndiyi yerdə öldürülüb.

Digər müstəntiq Leonid Zakovski 1938-ci ildə Leninqraddan Moskva Xalq Daxili İşlər Komissarlığına idarə rəisi vəzifəsinə təyinat alıb. Bu zaman Moskva həbsxanaları düşərgəyə köçürülməsini gözləyən çoxlu əlil məhbuslarla dolu olub. “Leninqradda biz onları sadəcə olaraq edam üçün qeydiyyata aldıq və belə də oldu. Niyə düşərgələrdə onlarla məşğul olursunuz?” – deyə Zakovski çaşqın halda işçilərindən soruşub. 1938-ci ilin fevralında Moskvadakı həbsxanalarda yeni məhbuslar üçün yerlərin olması üçün 170-ə yaxın gözdən əlil, vərəm və ürək xəstəsi Zakovskinin qərarı ilə edam edilib. Çox vaxt əlillər və ağır xəstələr reabilitasiya xərclərini ödəmək istəməyən rejim tərəfindən qətlə yetirilib. “Böyük terror”un komandirlərindən olan Leonid Zakovski də elə 1938-ci ildə güllələnib.

Bundan sonra sağ qalan əlillər düşərgələrdən evlərinə qaytarılıb. Edam edilənlər barədə bəraət qərarı yalnız on beş ildən sonra verilib. XXI əsrin əvvəllərində Levaşovskoye qəbiristanlığında günahları olmadan qətlə yetirilən 34 nəfərlə bağlı barelyef quraşdırılıb.

İlkin Nəcəf

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see344

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see200

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri