Icma.az
close
up
RU
Xalqın partiyası

Xalqın partiyası

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki Azərbaycanın, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 32 illiyini qeyd edir.  32 il zaman baxımımdan o qədər də böyük görünməsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngin dövrdür. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti nailiyyətlərin əsasıdır. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə  müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən  yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev həmin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının  obyektiv zərurət olduğunu önə çəkərək  “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə yeni yaradılacaq partiyanın gələcəyinə inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Ölkəmizdə gedən bütün proselərin mərkəzində dayanan YAP hər bir  sahədə inkişafa dəstək olmağa səy göstərir. Keçirilən seçki poseslərinə daim yeni şüarlarla qatılan  Yeni Azərbaycan Partiyası  gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən-seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Vaxtilə “Yeni Azərbaycan uğrunda” deyən YAP bu gün “Qalib xalqın qalib Lideri”, “Yeni dövrə yeni Azərbaycanla” bildirir.  Tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının da qarşısına mühüm vəzifələr qoydu. Bu reallıqlar əsasında  2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi.

Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Partiya yeni tərkibini formalaşdırmaqla qəbul etdiyi yeni qərarlara və təsdiqlənən yeni Nizamnaməyə uyğun olaraq bu vəzifələrin uğurlu icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirir. 32 illik yol qət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri xalqın sevgisini və inamını qazanmasıdır. Bu sevgini şərtləndirən əsas amillər isə partiyanın tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq daim irəliyə doğru addımlamasıdır.  Tarixin sınaqlarından şərəflə çıxan, 32 ili zəngin uğurları ilə tariximizə yazan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Hədəflərə zamanında nail olmaq, qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmək üçün atılan davamlı addımlar və müsbət nəticələr gələcəyə daha böyük inamla baxmağa  əsas verir. Müstəqilliyimizin xilalaskarı kimi adını tarixə qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin  ideyalarını uğurla həyata keçirən, Azərbaycanı qalib, bütövləşən, yeni dövrə qədəm qoyan  ölkə kimi tanıdan qalib Prezidentimiz İlham Əliyevin  həyata keçirdiyi siyasətin təbliği partiyanın hər bir üzvünün  əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyası postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən yeni Proqramınıdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək həm ölkəmizin, həm də partiyanın qarşısında açılan yeni imkanlara yeni əlavələr edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Azərbaycanın bugününü  və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev son 21 ildə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda  ucaldıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil,  qalib və bütövləşən  Azərbaycan hər birimizin qürur mənbəyidir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see402

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see346

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see241

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see229

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see206

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see205

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see205

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see203

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see197

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see189

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see182

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see181

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see177

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see170

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see168

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see163

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see161

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see154

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri