Icma.az
close
up
RU
Xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasət

Xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasət

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi son 21 il ərzində ölkəmizin hərtərəfli inkişafını əsas prioritet olaraq müəyyənləşdirmişdir. 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu cənab İlham Əliyevin lehinə səs verib. İlk Prezidentliyi dövründə xalqın etimadını doğrultmağa, daha artıq inam və etibarını qazanmağa müvəffəq olmuş möhtərəm dövlət başçımız 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə də mütləq səs çoxluğu qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ölkə ərazisinin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişlər. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatdı. Tarixi Qələbəmizdən üç il sonra keçirilmiş antiterror tədbirlərinin nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək, qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün Böyük Qayıdış Proqramı elan edildi. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli abadlıq-yenidənqurma işləri həyata keçirilir. Zəngilan və Füzuli Beynəlxalq Hava limanlarının açılışı, Şuşa, Laçın, Ağdam, Cəbrayıl və digər rayonlarda ən müasir şəhər, kənd və qəsəbələrin salınması dövlətimizin qüdrətini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəniyyət, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində geniş yeniliklər reallaşdırılır. Bu ərazilərdə beynəlxalq investorların cəlb olunması təmin edilməklə bölgənin dayanıqlı inkişafı prioritet kimi müəyyənləşdirilmişdir.

Ötən dövr dövlətimizin həm regional, həm də beynəlxalq siyasətdə mövqeyinin möhkəmləndiyi, ərazi bütövlüyünün tam təmin edildiyi və iqtisadi rifahın yüksəldiyi bir mərhələ kimi tarixə yazılmışdır. Azərbaycan qlobal miqyasda öz sözünü deyən, güclü iqtisadiyyata, müstəqil siyasətə və dayanıqlı müdafiə qüdrətinə malik dövlətə çevrilmişdir. Genişmiqyaslı siyasət, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar nəticəsində neft-qaz sənayesindən əldə olunan gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönləndirilməsi Azərbaycanın inkişafında müstəsna rol oynamışdır. Ölkəmizdə sabitlik və əmin-amanlığın ən yüksək səviyyədə təmin olunması qazanılan uğurlarda olduqca əhəmiyyətli rol oynayır. Bu illər ərzində ölkəmizdə hüquqi dövlət quruculuğu, o cümlədən qanunun aliliyinin, fundamental hüquq və azadlıqların tam dəstəklənməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib.

Ötən dövrdə Azərbaycan qlobal səviyyədə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın qlobal miqyasda nüfuzunun göstəricisi idi. Azərbaycan bu möhtəşəm tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirmişdir. Dövlət başçısının uğurlu fəaliyyətində iqtisadi inkişaf və sosial rifahın artırılması hər zaman əsas prioritetlərdən biri olmuşdur. Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması üçün geniş islahatlar həyata keçirilmişdir. Azad edilmiş ərazilərdə sənaye parklarının qurulması, kənd təsərrüfatının inkişafı və tranzit potensialının artırılması istiqamətində addımlar atılmışdır.

Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edib. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb. Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumlarının aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu layiqincə davam etdirərək Azərbaycan xalqının bütün arzularını gerçəkləşdirib və müasir dövlət quruculuğunda misilsiz rol oynayır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri