Icma.az
close
up
RU
Dövlət maraqlarına əsaslanan praqmatik mövqe

Dövlət maraqlarına əsaslanan praqmatik mövqe

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın hazırda Qəzzada hər hansı sülhməramlı missiyada iştirak etməyəcəyi ilə bağlı birmənalı mövqeyi heç bir halda müxtəlif spekulyasiyalara yol açmamalıdır. Rəsmi Bakının bu qərarı beynəlxalq hüquqa əsaslanan, məsuliyyətli və praqmatik xarici siyasət yanaşmasını özündə əks etdirir. Azərbaycan bundan sonra da münaqişələrin hərbiləşdirilməsindən kənar qalaraq, humanitar yardım və mülki infrastruktura dəstək kimi daha effektiv və məqsədyönlü vasitələrə üstünlük verəcək ki, bu da ölkənin Qəzza ilə bağlı mövqeyinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Fələstin məsələsinin həllində əsas söz sahibi, ilk növbədə regionun aparıcı ərəb dövlətləri olmalıdır. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi ölkələrin mövqeyi və razılaşdırılmış yanaşması həlledici əhəmiyyət daşıyır. Azərbaycan bu proseslərdə vasitəçi iddiası irəli sürmədən, regional balansı və ərəb dünyasının daxili konsensusunu nəzərə alan məsuliyyətli yanaşma sərgiləyir. Bu isə ölkənin Yaxın Şərq məsələlərinə emosional deyil, praqmatik və realist prizmadan baxdığını göstərir.

Bundan başqa, gəlin baxaq Qəzza məsələsində ərəb dünyasının vahid mövqeyi varmı?

Qəzza ətrafında baş verən son proseslər fonunda ərəb ölkələrinin Fələstinə münasibəti vahid dəstək kimi təqdim olunsa da, reallıqda ərəb dünyasının bu məsələdə mövqeyi nə tam koordinasiyalı, nə də eyni intensivlikdədir. Ərəb ölkələrinin əksəriyyəti siyasi bəyanatlarda Fələstin xalqına dəstək ifadə etsə də, bu dəstəyin praktik müstəvidə forması ciddi sual altındadır. Regional aktorlar Fələstinə siyasi və humanitar dəstək versələr də, Qərblə strateji münasibətlər və regional balans amilləri səbəbindən ehtiyatlı siyasət yürüdürlər. Bu ölkələr açıq eskalasiyadan boyun qaçıraraq, daha çox diplomatik və humanitar alətlərə üstünlük verirlər. Nəticə etibarilə, ərəb ölkələrinin Qəzza məsələsində Fələstinə dəstəyi mövcuddur, lakin bu dəstək parçalanmış, şərti və milli maraqlarla məhdudlaşmış xarakter daşıyır. Məhz bu səbəbdən proseslərin həllində regionun aparıcı ərəb dövlətlərinin razılaşdırılmış mövqeyi həlledici əhəmiyyət kəsb edir.

Azərbaycan təkcə bu sadalananlar baxımındanmı haqlıdır? Və ya rəsmi Bakı Fələstinə verdiyi dəstəyə adekvat münasibət görübmü?


Məlumdur ki, Azərbaycan daim müstəqil Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqe sərgiləyib. Belə ki, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu və iki dövlətli həll prinsipini dəstəkləyib və bunu açıq şəkildə bəyan edib. Bu mövqe Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyindən irəli gəlib. Azərbaycan Fələstin məsələsində beynəlxalq platformalarda fəal mövqeyi ilə fərqlənib. Xüsusilə bu, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində özünü göstərib. Rəsmi Bakı bu platformalarda Fələstin xalqının legitim hüquqlarını ardıcıl şəkildə müdafiə edib. Eyni zamanda, Azərbaycanın hesabına Fələstin dövlətinin səfirliyi Bakıda fəaliyyət göstərir ki, bu da nadir rast gəlinən faktdır.

Azərbaycan, həmçinin, Şarm-Əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak etməklə, regionda sülh təşəbbüslərinə töhfə vermək niyyətini nümayiş etdirib.

Bunun əvəzində isə Azərbaycan Fələstin tərəfindən eyni münasibəti görməyib. Nə yazıq ki, vaxtilə işğalçı Ermənistanı dəstəkləyən dövlətlərin ön sırasında elə Fələstin dayanıb və bunu açıq şəkildə heç bir çərçivə görmədən sərgiləyib.

Rəsmi Bakının prinsipial mövqeyinə baxmayaraq, tarixən Fələstin hərəkatı və ona bağlı bəzi siyasi dairələr ermənipərəst fəaliyyətlə məşğul olub. Azərbaycan 30 il Qarabağ münaqişəsindən əziyyət çəkib. Bu dövrdə Fələstin daha çox Ermənistanın yanında dayanıb, nəinki Azərbaycanın. Yəni haqlının yox, işğala, soyqırıma məruz qalan müsəlman dövlətinin yox, hərbi cinayətkarların yanında. Sirr deyil ki, Fələstin hərəkatına bağlı radikal qrupların erməni terror təşkilatları, xüsusilə ASALA ilə təmasları ən üst səviyyədə özünü büruzə verib. ASALA Yaxın Şərqdə fəaliyyət göstərib və çoxsaylı günahsız insanlara, o cümlədən azərbaycanlılara qarşı terror aktları törədib.

Fələstin lideri Yasir Arafatın Ermənistan rəhbərliyi ilə nümayişkaranə yaxınlığı da yaddaşlardan silinməyib. Onun Ermənistan rəhbərliyi ilə qucaqlaşmasını əks etdirən görüntülər və rəsmi təmaslar Azərbaycanın təcavüzə məruz qalması fonunda baş verirdi. “Erməni soyqırımı” iddiaları ilə bağlı xatirə markaları buraxan da məhz Fələstin tərəfi olub. Fələstin işğal faktına münasibətdə daha prinsipial mövqe ortaya qoymayıb.

Bütün keçmişdə baş vermiş mənfi epizodlara baxmayaraq, Azərbaycan Fələstin məsələsində emosional reaksiyalara deyil, dövlət maraqlarına və beynəlxalq hüquqa əsaslanan praqmatik mövqeyə üstünlük verir. Rəsmi Bakı üçün əsas meyar ədalətli və davamlı sülhün təmin olunmasıdır.

Azərbaycanın Fələstin məsələsində tutduğu mövqe onun xarici siyasət fəlsəfəsini aydın şəkildə nümayiş etdirir: prinsipiallıq, balans və humanitar məsuliyyət. Tarixdə baş vermiş ziddiyyətli məqamlar unudulmasa da, dövlət siyasəti emosiyalara deyil, uzunmüddətli milli maraqlara əsaslanır. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə etibarlı və rasional aktor kimi mövqeyini daha da möhkəmləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri