Xalqin mədəni sərvəti layihəsi Bülbülə həsr olunub FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülə həsr olunub.
Layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasında Bülbülün əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin "Sevgili canan", "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Fikrət Əmirovun "Ulduz", "Gülüm" romanslarını, Müslüm Maqomayevin "Şah İsmayıl" operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun "İntizar", Vasif Adıgözəlovun "Qərənfil" əsərlərini ifa ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















