Icma.az
close
up
RU

Xalqın Mədəni Sərvəti layihəsi Bülbülə həsr olunub

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülə həsr olunub. 

Lent.az xəbər verir ki, layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasında Bülbülün əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Ulduz”, “Gülüm” romanslarını, Müslüm Maqomayevin “Şah İsmayıl" operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun "İntizar", Vasif Adıgözəlovun "Qərənfil" əsərlərini ifa ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Noyabr 2024 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri