Icma.az
close
up
RU
Xameneinin bəyanı regionu qarışdırdı: İranı dəhşətə salan SİYAHI nı kim ifşa edib?

Xameneinin bəyanı regionu qarışdırdı: İranı dəhşətə salan SİYAHI nı kim ifşa edib?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlarda İsrailin İrana qarşı yeni hücuma hazırlaşdığına dair məlumatlar ciddi müzakirələrə səbəb olub. Hətta istiqamətlər, hədəfdə olan obyektlər və vurulacaq şəxslərin adlarının yer aldığı siyahının mətbuata sızdırıldığı deyilir.

Paralel olaraq, İranın ali lideri ayətullah Seyid Əli Xamenei “X” hesabında İsrail rəhbərlərinin törətdiyi cinayətlərə qarşı tədbir görülməsi ilə bağlı çağırış edib. Ölkənin xarici işlər naziri Abbas Araqçi də son açıqlamasında bildirib ki, “Böyük İsrail” illüziyası yalnız regionu deyil, bütün dünyanı təhdid edən ekzistensial təhlükədir.

Bütün bunlar yeni və daha genişmiqyaslı qarşıdurmanın anonsu sayıla bilərmi? Hadisələrin fonunda bölgədə hansı ssenarilərin gündəmə gəlməsi mümkündür?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İran-İsrail münasibətləri bundan sonra da gərginləşməyə davam edəcək:

“Gərginliyin aradan qaldırılması üçün tərəflərin öz siyasətlərində ciddi dəyişikliklər etməsi vacibdir. Bu, xüsusilə də İrana aiddir. Tehranda 46 ildir mövcud olan rejim İsraili dövlət kimi tanımır və onun məhvini istəyir. Məsələ artıq İranın rəsmi siyasətinə və ideologiyasına çevrilib. Rəsmi Tehran Yaxın və Orta Şərqdə öz proksi qüvvələrini yaratmaqla İsraili mühasirəyə almışdı. Lakin son iki ildə proseslər əks istiqamətdə davam etdi. Təl-Əviv əvvəlcə İranın proksi qüvvələri olan HƏMAS və “Hizbullah”a, ardınca husilərə zərbələr endirdi.

Həmçinin oxuyun:

İsrail İrana hücuma hazırlaşır – Anons verildi

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi də İranın bölgədə mövqelərinə ciddi zərbə oldu. Nəhayət, İsrail iki ay öncə həmin qüvvələrin zəifləməsinin ardınca İrana hücum etdi. 12 günlük savaşda Təl-Əviv Tehranın bir sıra strateji obyektlərini, o cümlədən nüvə infrastrukturlarını və hərbi rəhbərliyin əhəmiyyətli hissəsini sıradan çıxardı. Bu, İran üçün ağır itkilər deməkdir. Doğrudur, Tehran da İsrail ərazilərini raket atəşinə tutmaqla müəyyən nəticələr əldə etdi. Amma həmin savaş İran rejiminin ölkənin təhlükəsizliyini tam şəkildə müdafiə edə bilmədiyini göstərdi”.


Oqtay Qasımov

Politoloqun sözlərinə görə, İranda İsrailə qarşı ritorikanın dəyişməsi gözlənilən idi:

“12 günlük münaqişədən sonra İran rəhbəri İsrail üzərində qələbə çaldığını bəyan edirsə, məsələ artıq aydındır. Hazırda Tehranda sərt xətt tərəfdarları üstünlük təşkil edirvə Təl-Əvivlə savaşa hazır olduqlarını bildirirlər. Bu, həm daxili siyasətə hesablanmış addımdır, həm də İranın təzyiqlər altında geri çəkilməyəcəyinə dair ABŞ-a verilən mesajdır.

XİN başçısı Abbas Araqçinin bəyanatlarında müəyyən həqiqət də var. Çünki İsraildə hakimiyyətdə olan millətçi partiyanın siyasəti Yaxın və Orta Şərqdə vəziyyəti daha da gərginləşdirir. “Böyük İsrail” iddiasının gündəmə gətirilməsi, Livan və Suriyaya hücumlar, qonşu ölkələrin daxili işlərinə müdaxilə kimi addımlar bölgə ölkələrini kifayət qədər narahat edir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri