Icma.az
close
up
RU
Xameneinin müşaviri: “Azərbaycan İran torpağıdır, iki əsr əvvəl ayrılıb”

Xameneinin müşaviri: “Azərbaycan İran torpağıdır, iki əsr əvvəl ayrılıb”

Icma.az, Tribuna saytına istinadən bildirir.

İranın dini lideri Əli Xameneinin müşaviri Saadullah Zarei  “Region Monitor” saytına verdiyi müsahibəsində bəzi iddialarla çıxış edib.

Tribunainfo.az xəbər verir ki, o, Azərbaycana qarşı da bəzi fikirlər səsləndirib.

Zarei deyib ki, onlar Ermənistanla münasibətlər qurarkən Azərbaycan Respublikası və Azərbaycan şiə xalqının həssas münasibətini nəzərə alıblar. “İran və Ermənistan arasında əlaqələrin inkişafı İslam Respublikası üçün əvəzsiz olmayıb. Başqa sözlə, biz bunun əvəzini ödədik”.

Onun sözlərinə görə, Ermənistanla İranın münasibətləri Azərbaycanda İrana qarşı mənfi reaksiyaya səbəb olub. “Lakin biz bu əlaqələri qoruyub saxlamışıq və davam etdirmişik”.

Zarei iddia edib ki, İran Azərbaycanla Ermənistan arasındakı müharibəyə müdaxilə etməyib.  Ardından isə Azərbaycan ərazilərinin İrana məxsus olduğunu dilə gətirib. “Bu, vaxtilə İranın qədim coğrafiyasının bir hissəsi olan bölgədir. Bu bölgənin mədəniyyəti mədəniyyətimizə, təhlükəsizliyi təhlükəsizliyimizə, iqtisadiyyatı iqtisadiyyatımıza, tranzit yolları maraqlarımıza bağlıdır. İran Azərbaycan qarşısında götürdüyü dostluq öhdəliklərini həmişə yerinə yetirib. Bilirsiniz ki, bu region iki əsr əvvəl İrandan ayrılıb”.

Xameneinin  müşaviri Azərbaycanın İsraillə əlaqələri məsələsinə də toxunub. “Azərbaycan, məncə, başa düşür ki, nə Amerika, nə də İsrail onun qonşusu deyil. Onun yeganə böyük qonşusu İran İslam Respublikasıdır. Ona görə də biz İsrailin və ya ABŞ-ın burada hər hansı işlər görməsi ilə bağlı şayiələri ciddi qəbul etmirik”.

Zarei Şimal-Cənub dəhlizinin çox əhəmiyyətli olduğunu qeyd edərək, “Azərbaycanın, Ermənistanın, Gürcüstanın, bizim, Rusiyanın, hətta Türkiyənin, Avropanın tələbləri gərginlik yaratmadan bu genişmiqyaslı dəhliz çərçivəsində həll oluna bilər” deyə bildirib.

Xameneinin müşaviri Türkiyənin bostanına da daş atmaqdan qalmayıb. “Baxın, biz hesab edirik ki, Türkiyə regionun dövlətlərindən biridir, maraqları, əlaqələri, hüquqları var. Türkiyənin də Qafqazda fəal rol oynaması caizdir. Amma hazırda Türkiyə və şəxsən cənab Ərdoğan Cənubi Qafqazda münaqişəni qızışdırırlar”.

O müsahibəsində bildirib ki, İranın Azərbaycana qarşı heç bir ərazi, sərhəd və ya başqa heç bir iddiası yoxdur. “Amma reallığı şişirdən, yanlış yozumlarla Azərbaycan ictimaiyyətinə çatdıranlar var”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri