Icma.az
close
up
RU
Xameneinin taleyi müzakirədə: İranda hakimiyyət dəyişikliyi planı işə düşür ŞƏRH

Xameneinin taleyi müzakirədə: İranda hakimiyyət dəyişikliyi planı işə düşür ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu sürətlə gücləndirməsi və Tehrana “zaman daralır” xəbərdarlığı fonunda İrana mümkün birbaşa zərbə ehtimalı açıq şəkildə müzakirə olunur. Hərbi-diplomatik dairələrdə artıq “hücum olacaqmı” deyil, “nə vaxt olacaq” sualının gündəmdə olduğu bildirilir.

 Ekspertlər ABŞ-ın bölgədə əməliyyat üçün lazım olan əsas qüvvələri yerləşdirdiyini, yalnız siyasi qərarla taktiki anın üst-üstə düşməsinin gözlənildiyini deyirlər. ABŞ prezidenti Donald Tramp da “lazım gələrsə sürət və güclə hərəkət etməyə hazır olduqlarını” vurğulayıb, lakin İrana verdiyi möhlətin dəqiq vaxtını açıqlamayıb. ABŞ mediasında Trampın 1 fevralda hücum əmri verə biləcəyi iddiaları səslənir.

Tehran isə yalnız “bərabər şərtlərlə” danışıqlara açıq olduğunu bildirir və istənilən hücuma dərhal cavab veriləcəyini bəyan edir. İran Hörmüz boğazında real döyüş sursatı ilə təlimlər keçirməyə hazırlaşır, hərbi rəhbərlik isə “əllərimiz tətikdədir” mesajı verir.

Analitiklər masada iki əsas ssenarinin olduğunu qeyd edir: birincisi məhdud, hədəfli zərbələr; ikincisi isə İran rəhbərliyi və əsas hərbi-strateji obyektləri əhatə edən genişmiqyaslı hücum. Ən böyük risk isə İranın İsrail və bölgədəki hədəflərə cavab zərbələri endirmək imkanının qalmasıdır.

Siyasi şərhçi Vüqar Dadaşov "Sherg.az"a açıqlamasında İrana hərbi müdaxilə ehtimalının yüksək olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-ın hücumu əsas müzakirə mövzusu olsa da, mümkün əməliyyatın İsraillə birgə keçiriləcəyi bəllidir:

"Artıq İranın ali dini rəhbəri Xamenei ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, hətta onun xarici ölkəyə köçürüldüyü də deyilir. 

İranla bağlı proseslər dialoq mərhələsindən hərbi-siyasi müstəviyə doğru daha da ciddiləşib. Tehran prosesi nəzarətdə saxlamağa çalışaraq qonşu ölkələri də cəlb edir. Xarici amillər arasında əsas məsələlərdən biri region dövlətlərinin, xüsusilə Azərbaycanın mövqeyidir. İran və İsrail bu çərçivədə Azərbaycanla diplomatik-siyasi təmasları intensivləşdiriblər.

Azərbaycan Respublikası bu proseslərdə birbaşa tərəf olmasa da, Cənubi Azərbaycan faktoru Azərbaycanı prosesin aktiv iştirakçısına çevirir. İranda sosial narazılıqların artması, mitinqlərin genişlənməsi və 30 mindən çox iştirakçının öldürülməsi , nüvə başlığı daşıya bilən raketlərin sınağı hərbi müdaxiləni zərurət kimi ortaya qoyur. Bu kontekstdə İsrailin narahatlığı, eləcə də İranın regional təsir imkanlarının məhdudlaşdırılması planları açıq şəkildə hiss olunur". 

Lakin ekspert hesab edir ki, İrana qarşı genişmiqyaslı quru hərbi əməliyyatları hələ də əsas ssenari deyil: "Əsas hədəf ali dini liderin, SEPAH və digər əsas rəhbər şəxslərin öldürülməsi və nəticə etibarilə hakimiyyət dəyişikliyinin həyata keçirilməsidir. Xameneinin könüllü şəkildə hakimiyyətdən getməsi ehtimalı aşağı olduğu üçün hərbi hücum real görünür. Belə ki, İranda hərbi müdaxiləni zərurətə çevirən əsas şərtlərdın biri İranda gedən ixtişaşların nəticə verməməsidir. Bu nəticəyə mənfi təsir göstərən Rza Pəhləvi monarxiyanın bərpası məsələsinin ortaya atılmasıdır. 

İranda Azərbaycan sülaləsi olan Qacar hakimiyyətinin bərpası da təklif olunurdu. Ancaq, bu variantlar, yəni türk və yaxud fars mənşəli monarxiyanın bərpası İranda əhali arasında ciddi ikitirəlik yaratdığından və İranın parçalanmaması Qərbin əsas istəyi və elə də digər siyasi liderin olmaması İranda mövcud prezident Pezeşkianın əlində vahid hakimiyyətin cəmlənməsi hal-hazırda ən məqbul variant kimi, ABŞ və İsrailin İran qarşıdurmasından çıxışı kimi görünür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri