Icma.az
close
up
RU
Xanım diplomatın Macarıstana səfir təyinatı müsbət mesajdır

Xanım diplomatın Macarıstana səfir təyinatı müsbət mesajdır

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Belə ki, Azərbaycan və Macarıstan arasında son illər siyasi dialoq, enerji, iqtisadiyyat, nəqliyyat, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Rəsmi Bakı Macarıstanı Avropadakı etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirir və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşılıqlı siyasi iradə nümayiş etdirilir. Bu fonda qadın diplomatın bu mühüm vəzifəyə təyin olunması diplomatik xidmətdə qadınların artan rolunu da yenidən gündəmə gətirir.

Təyinatın ikitərəfli münasibətlər və diplomatik xidmət baxımından əhəmiyyətini Modern.az-a şərh edən Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev qeyd edib ki, Macarıstana xanım diplomatın səfir təyin olunması müsbət hal kimi qiymətləndirilməlidir.

"Macarıstan, Azərbaycanın strateji müttəfiqidir. Avropanın mərkəzində yerləşən, kifayət qədər inkişaf etmiş ölkədir. Avropa dəyərlərinə bələd, müasir düşüncəli xanımın təyinatı, ümumilikdə Azərbaycan qadınları barədə müsbət imic formalaşdırır. Təyinatın, iki ölkə arasında hansı yeni imkanlar açmasına gəldikdə, burada qadın və yaxud kişi fərq etməz. Bir çox məsələlər kadrların şəxsi işgüzar  keyfiyətlərindən, peşəkar hazırlıqlarından asılıdır. 

Hər bir ölkənin xarici siyasətini dövlət başçıları müəyyənləşdirir. Səfirlər isə əsasən mərkəzdən verilmiş direktiv tapşırıqları yerinə yetirir. Təmsil  olunduqları ölkələrin inkişaf etmiş təcrübələrinin öyrənilməsi, tətbiq olunmasında, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində töhfələrini verirlər".

Deputat xatırladıb ki, müstəqillik illərində, ələlxüsus Viktor Orban hakimiyyəti dövründə ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilib:

"Düşünürəm ki, yeni administrasiya ilə formalaşmış əməkdaşlıq davam etdirilməlidir. Süni intellekt, energetika, İKT, kənd təsərrüfatının inkişafı,  ərzaq məhsullarının emalı, humanitar və turizm sahələrində əməkdaşlıq üçün kifayət qədər potensial var. Macar turistlərin ölkəmizə səfərləri təşkil olunmalıdır. Macarlstan TDT-da müşahidəçi statusuna malikdir. Təşkilatın daha da güclənməsi üçün Macarıstanın imkanlarından istifadə olunmalıdır".

N.Məhəməliyev onu da diqqətə çatdırıb ki, qadın diplomatlarının sayının artması yaxşı haldır:

"İstənilən cəmiyyətdə qadınlar balanslaşdırıcı rol oynayır. Kişilər qadınlarla rastlaşdıqda, istər-istəməz özlərini yığışdırır, hörmətlə yanaşır, aqressivlik nümayiş etdirmirlər. Əgər, əks tərəfin qanında alicənablıq varsa, tərəflər arasında etimad mühiti artır. Xanım diplomatın toxunduğu məsələlərə həssaslıqla yanaşılır. Bir daha vurğulayıram, əsas məsələ, şəxsi keyfiyətlərdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri