Xankəndi baş məşqçi dəyişikliyini niyə açıqlamır? SON DURUM
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1-ci Liqa təmsilçisi "Xankəndi"nin rəhbərliyinin baş məşqçi Zaur Hacıyevi ötən mövsüm "Baku Sportinq"in "sükanı arxası"nda olan Röyal Nəcəfovla əvəzləmək qərarına gəldiyini diqqətinizə çatdırmışdıq. Qarabağ təmsilçisi mövcud reallığı rəsmi şəkildə təsdiqləməsə də, yaxın günlərdə Hacıyevlə yolların ayrıldığının açıqlanacağı gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəsmi açıqlama tərəflər təzminat məsələsində razılığa gəlmədikləri üçün gecikir.
Digər 1-ci Liqa təmsilçiləri milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə ilə bağlı planlarını həyata keçirdikləri, yoxlama oyunlarındakı rəqiblərini müəyyənləşdirdikləri halda, "Xankəndi"nin idarəçiləri hələ Nəcəfova "gəl, başla" deyə bilmir. Məsələnin yaxın günlərdə həllini tapacağı gözlənilir.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 Sentyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















