Icma.az
close
up
RU
Azərbaycan əzəmətinin Xankəndi zirvəsi

Azərbaycan əzəmətinin Xankəndi zirvəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Tarixdən əzmin və iradənin növbəti təntənəsinə uzanan yol

Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünə evsahibliyini gerçəkləşdirib. Bu, qədim Azərbaycan şəhərində keçirilmiş dünya miqyaslı ilk böyük tədbirdir. Bəli, Xankəndinin Türkiyə, İran, Pakistan, Qırğızıstan, Tacikistan və digər ölkələrin rəhbərlərini, onları müşayiət edən böyük nümayəndə heyətlərini qarşılaması adi hal sayıla bilməz. Qeyri-adilik fonunda diqqət çəkən bir zamanlar yuxu kimi görünən hadisənin gerçəkləşməsidir. Deməli, qürurlanmağa, fəxarət hissi keçirməyə dəyər. Qürur və fəxarət isə gözlərimiz önündə artıq tarixə çevrilmiş keçmişi canlandırır.

Yaşlı həmkarlarımızdan biri ötən əsrin 80-ci illərinin sonuna doğru Şuşaya səfərini xatırlayaraq, şəhərə getmək üçün Bakıdan qatarla Xankəndiyə yollandıqlarını demişdi. Həmkarımız qatardan enəndə vağzaldakı erməni taksi sürücülərinin hamısının kənara çəkildiyini, sanki gələnləri görmürmüşlər kimi davrandığını xatırlamışdı. Nəhayət, Şuşadan maşın göndərildikdən sonra mənzil başına çatmaq mümkün olmuşdu.

Bir qayda olaraq, Xankəndidən Şuşaya taksilərlə gedilirmiş. Həmin vaxt taksi sürücüləri şəhərin digər erməni sakinləri kimi, hay millətçilərinin təsiri altında imişlər. Qondarma “Miatsum” hərəkatının vüsət almağa başladığı vaxtlarda azərbaycanlılara qarşı belə hərəkətlər çox olmuşdu. Sanki onlar öz şəhərlərinə yox, hansısa başqa respublikaya gedirlərmiş. Respublikadan söz düşmüşkən, Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Stepanakert adlandırılmış Xankəndi “respublikanın”, Qarabağ separatçılarının qurama dövlətinin paytaxtına çevrildiyi də məlumdur. Bu vəziyyətin 2023-cü ilin sentyabrınadək davam etdiyi də həmçinin.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə şanlı Zəfər qazanmış Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Hərbi əməliyyatlar gedişində 300-dən çox yaşayış məntəqəsi yağı tapdağından qurtuldu. 2020-ci il noyabrın 8-də Şuşa qələbəsi yaşananda, istər-istəməz gözlər Xankəndiyə dikildi. Lakin Xankəndi zəfəri özünü daha üç il gözlətdi. Ancaq o anın yaşanacağına inam bir gün belə sarsılmadı.

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü təntənəsinin yaşandığı bu günlərdə yada Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada – Cıdır düzündəki qısa söhbət düşür. Dövlətimizin başçısı qardaş ölkə liderinə uzaqdan, obrazlı desək, Şuşanın ayaqlarına sarılmış kimi görünən Xankəndini göstərir, cənab Ərdoğan isə hotelin oradamı yerləşdiyini soruşur. Baməzə notlarla yadda qalmış söhbətə əmin nöqtəni Prezident Əliyev qoyur: “Orada da (hotel -red.) olacaq”.

Ölkəmizin rəhbəri bütün sözlərini tutduğu kimi, Xankəndi sözünü də tutdu. Əlbəttə, Xankəndi üzərində tam hakimiyyətimiz bərpa olunmasaydı, 44 günlük müharibədəki Zəfər yarımçıq qalardı. Bunu dövlətimizin başçısı da müxtəlif çıxışlarında bildirib. Ancaq 2023-cü ilin sentyabrınadək bu şəhər Vətən müharibəsindən sonrakı dövrdə bəzən hərbi toqquşmalar məcrasına keçmiş siyasi, diplomatik və psixoloji mübarizəmizin hədəfinə çevrildi. Erməni separatçılarının oradan səsləndirdikləri bəyanatlar, eləcə də həmin bəyanatların Ermənistandakı və ölkədən xaricdəki əks-sədası xalqımızın əsəblərini tarıma çəkdi. Bir şəhərə bu qədər yaxın olasan, amma...

Bəli, Azərbaycanın tərkibində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldığı 1923-cü ildən ötən düz 100 il ərzində Xankəndinin, necə deyərlər, adı bizim, dadı ermənilərin oldu. Burada yaşayan ermənilər həmişə özlərini xüsusi imtiyazlı təbəqə kimi hiss etdilər. Müxtəlif illərdə vilayətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, həyata keçirilmiş müxtəlif məkrli planların da mərkəzində məhz Xankəndi, o zamankı adı ilə desək, Stepanakert dayandı.

Əlbəttə, Azərbaycan dövləti Xankəndi ilə yanaşı, digər ərazilərimizi işğaldan azad etdiyi 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən əvvəl və sonra şəhərin erməni əhalisinə yaşam təminatı verdiyini bəyan etdi. Amma Ermənistan və havadarları Qarabağ avantürasını, belə demək mümkünsə, niskilə daşımaq qərarına gəldilər və bölgəni, o cümlədən, Xankəndini tərk etdilər. Əlbəttə, mövcud istiqamətdə müxtəlif məqamları vurğulamaq mümkündür. Amma buna ehtiyac duymuruq. Təkcə onu deyək ki, görünür, ermənilər yaşlı jurnalist həmkarımızın üzləşdiyi durumun azərbaycanlılar tərəfindən onlara qarşı təkrarlanacağından ehtiyatlandılar. Halbuki, 1988-ci ildə “Miatsum”la başlayan erməni avantürası olmasaydı, iki il əvvəlki durum da yaşanmazdı, neçə-neçə faciələr də.

Əlqərəz, indi ermənilər, eləcə də vaxtilə şəhərdə yaşamış haylar Xankəndinin dünya miqyaslı mötəbər tədbirə evsahibliyini görüb düşünməlidirlər. Ötən müddətdə düşmənçilik etməklə nəyə nail olduqlar, nə qazandılar? Olmazdımı ki, Xankəndidə doğulmuş və boya-başa çatmış bir erməni bu günlərdəki təntənəni görəydi? Heç şübhəsiz, işğal yaşanmasaydı, şəhər böyük toplantılara evsahibliyini gerçəkləşdirmək baxımından da ön sıralarda dayanacaqdı.

Sonda onu da bildirək ki, Ermənistan işğalda saxladığı bölgələrimizi xarabazara çevirdi, bir daşı belə daş üstə qoymadı, talanlar, qarətlər gerçəkləşdirdi. Elə Xankəndi də işğal illərində yeniliklər görmədi. Şəhərdəki tikililər, tam əksəriyyət etibarilə, keçmiş SSRİ dövründə Azərbaycan hakimiyyətinin, azərbaycanlıların mirasıdır. Lakin işğaldan azad olunmuş bütün bölgələrimizdə olduğu kimi, Xankəndidə də böyük quruculuq və abadlıq işləri gerçəkləşdirilməkdədir. Bu tədbirlər dövlətimizin, xalqımızın doğma torpağa və yurda sahiblənmək əzminin göstəricisidir. Tam əminliklə deyə bilərik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün də məhz bu qədim şəhərimizdə təşkili həmin sahiblənmək əzminin və mübarizliyin növbəti təntənəsidir. Təntənə isə ənənə üçün bünövrədir, başlanğıcdır. Dünyaya Azərbaycanın səsinin bəyan edildiyi mərkəzə çevrilmiş Xankəndinin günü-gündən inkişaf edəcəyinə, çiçəklənəcəyinə, bu qədim şəhərimizin qarşıdakı müddətdə də böyük toplantılara evsahibliyini gerçəkləşdirəcəyinə, həmişə hər bir azərbaycanlının, dostlarımızın qürur və fəxarət yeri olacağına əminik.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see297

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see273

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see268

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see262

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see255

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see246

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see239

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see230

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see220

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see220

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see206

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see205

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see198

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see191

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see185

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see181

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri