Icma.az
close
up
RU
Xankəndi Zəfərin tarixdən reallığa çevrildiyi məkan ŞƏRH

Xankəndi Zəfərin tarixdən reallığa çevrildiyi məkan ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Xankəndinin simasında yeni tarixi mərhələnin başlanğıcını yaratdı. Azərbaycanın Zəfər salnaməsində Xankəndinin xüsusi yeri var. Bu şəhər 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra dövlət suverenliyimizin tam bərpa olunduğu ərazilər sırasında öz tarixi statusuna qovuşdu. Xankəndidə baş verən hadisələr Azərbaycanın müasir tarixində yeni reallıqların formalaşmasını nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin Xankəndiyə ardıcıl səfərləri isə bu yeni reallığın mühüm siyasi və ictimai hadisələri kimi tarixə düşdü. 15 oktyabr 2023-cü il Azərbaycan xalqının yaddaşında əbədi qalacaq günlərdən biridir. Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi hadisə Azərbaycanın dövlət suverenliyinin Xankəndidə bərpa edilməsinin rəmzi ifadəsi idi. Dövlət başçısının Kərkicahan qəsəbəsinə baxış keçirməsi də şəhərin və ətraf ərazilərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı.

Xankəndidə Azərbaycan bayrağının ucaldılması 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin və 2023-cü ildə dövlət suverenliyinin tam bərpasının bir-birini tamamlayan tarixi nəticələrini nümayiş etdirdi. 8 noyabr 2023-cü ildə Xankəndi daha bir möhtəşəm tarixi hadisəyə şahidlik etdi. Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad məhz burada keçirildi. Xankəndinin mərkəzində keçirilən parad Azərbaycanın gücünü, Ordumuzun qüdrətini və dövlətimizin ərazi bütövlüyünün təmin olunmasını nümayiş etdirən mühüm hadisə idi. Bu paradın Xankəndidə keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Çünki illərlə Azərbaycanın dövlət atributlarından uzaq saxlanılan bu şəhərdə artıq Azərbaycan Ordusunun əsgərləri keçid edir, üçrəngli bayraq dalğalanır, dövlət himni səslənirdi. Bu mənzərə Zəfərin yalnız hərbi nəticə olmadığını, həm də dövlətçilik tariximizin yeni səhifəsi olduğunu göstərirdi.

21 dekabr 2023-cü ildə Xankəndi daha bir tarixi hadisəyə ev sahibliyi etdi. Şəhərin stadionunda Ağdamın “Qarabağ” futbol klubu ilə MOİK arasında oyun keçirildi. Bir vaxtlar münaqişə və qarşıdurma ilə gündəmə gələn Xankəndidə artıq idman bayramı yaşanırdı. Stadionda Azərbaycan bayrağı dalğalanır, azarkeşlər futbol qarşılaşmasını izləyirdilər. Həmin gün 2023-cü ilin idman yekunları ilə bağlı tədbirin də Xankəndidə keçirilməsi şəhərin ictimai həyatının bərpası baxımından xüsusi əhəmiyyət daşıyırdı.

7 fevral 2024-cü il isə Xankəndinin tarixində daha bir əlamətdar gün kimi yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs verdilər. Bu hadisə şəhərdə dövlət institutlarının fəaliyyətinin bərpasının və vətəndaşların ölkənin ictimai-siyasi həyatında iştirakının mühüm göstəricilərindən biri idi. Beləliklə, qısa zaman kəsiyində Xankəndidə dövlət bayrağı ucaldıldı, Zəfər paradı keçirildi, futbol oyunu təşkil olundu və seçki prosesi baş tutdu. Bu ardıcıllıq təsadüfi hadisələr toplusu deyil. Bu, Azərbaycanın Xankəndidə yeni tarixi mərhələ formalaşdırmasının konkret göstəriciləridir. Xankəndinin gələcəyi artıq keçmişin ağrıları ilə deyil, quruculuq və inkişaf perspektivləri ilə müəyyənləşir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma həyata keçirir. “Böyük Qayıdış” konsepsiyası çərçivəsində yaşayış məntəqələri yenidən qurulur, sosial infrastruktur yaradılır, insanların öz doğma torpaqlarına qayıdışı təmin edilir.

Xankəndidə də yeni həyatın qurulması bu prosesin mühüm istiqamətlərindən biridir. Şəhərin gələcəyi müasir şəhərsalma prinsipləri, sosial infrastruktur və dayanıqlı inkişaf əsasında formalaşdırılır.

Bu gün Xankəndi Azərbaycanın Zəfərinin simvollarından biri olmaqla yanaşı, Böyük Qayıdışın, quruculuğun və gələcəyə inamın məkanına çevrilir. Xankəndidə ucalan Azərbaycan bayrağı yalnız bir şəhərin deyil, xalqın iradəsinin, dövlətin gücünün və tarixi ədalətin bərpasının rəmzidir.

Azərbaycanın Zəfər yolu tarixdə öz izini qoyub. Xankəndidə başlayan yeni quruculuq mərhələsi isə həmin tarixin gələcəyə uzanan davamıdır.

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, partiya fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri