Icma.az
close
up
RU
Xankəndidə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Xankəndidə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Heydər Əliyev bir dəqiqəlik sükutla yad edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə Azərbaycan bayrağının ucaldılmasını, Xankəndi müjdəsini, həm Heydər Əliyevin 100 illiyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb və Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına bu  müraciətini xatırladıb: "Mən İlham Əliyevə özüm qədər inanıram". 

Prezident İlham Əliyev də ona olan bu inamı doğrultdu. Xankəndi, Xocalı və Ağdərə, o cümlədən digər yaşayış məntəqələrimiz 2023-cü ildə işğaldan azad edildi.

Bu gün Şərqi Zəngəzur da azaddır. Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə, Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi.

Digər ziyalılar, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, Müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar. 

Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı dediyi fikirləri əks etdirən çıxışına dair videoçarx da izlənilib.

Tədbirdə Qarabağ Universitetinin əməkdaşları, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru, idarə və təşkilat rəhbərləri, Xankəndi, Xocalı sakinləri də iştirak ediblər.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri